AVMVİB Çilov şöbəsində

AVMVİB Çilov şöbəsinin sədri Bayram Cəfərovun verdiyi məlumata görə, şöbə üzvü olan müharibə veteranları Milli Ordu günü münasibətiylə veteranlarımız Çilov adasında şəhid məzarlarını yad etmişlər.


Müharibə veteranları şəhid ruhlarına dualar oxumuş və məzar üstünə gül qoymuşlar. Müharibə veteranları şəhid Dmitriy Kiselyovun məzarı, anası Nataliya xanımla birgə ziyarət edilib.

AVMVİB Çilov şöbəsinin sədri Bayram Cəfərov Ordumuzun yaranması münasibətiylə veteranları təbrik edib və şəhidlərimizə Allahdan rəhmət diləyib.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: