Separatçı rəhbər Azərbaycanı hədələdi: — «Ərazilərimizi qaytarın yoxsa zorla alarıq»

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının işğal altındakı 20 faizlik ərazisində qondarma separatçı-terrorçu rejimin Şuşada and içmiş yeni başçısı Araik Arutyunyan Pənahəli xanın qalasının yaxnğınlığındakı “Tiqranakert” adlandırılmış Şahbulaq poliqonunda keçirilmiş növbəti hərbi təlimləri müşahidə edib. 

Fedai.az moderator.az-a istinadən xəbər verir ki, erməni mənbələrində yayılan məlumatlara görə, qondarma separatçı lider Azərbaycanın dövlət bayrağının da hədəf alındığı təlimlərdən sonra “Facebook”dakı səhifəsində ölkəmizə qarşı növbəti həyasız hədələrlə çıxış edib.

  “ “artsax”a aid olan Azərbaycan Silahlı Qüvvələrinin işğalı altındakı 1000 kvadrat kilometrlik ərazimizi qaytarın! Yoxsa güc ilə almağa məcbur olacağıq!” –deməklə A. Arutyunyan növbəti dəfə “Şaumyan rayonu” məsələsini gündəmə gətirib…

P.S. Bu erməni həyasızlığına son qoymaq zamanı gəlmədimi?

Bu xəbəri paylaşın: