Düşmən təbliğatına uymaqla Tavrıj adı qoyulan şirkətin adı Təbrizə dəyişdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, kürd və erməni təbliğatına uyub Şirkətinin adını Tavrıj qoyan şəxs Azərbaycan mətbuatı və ictimai rəyinin aydınlatması nəticəsində saxta adı dəyişərək şirkətinə Təbriz adı qoydu.

Artıq Təbrizin Miləlmüttəhid məntəqəsində yerləşən şirkətin yerləşdiyi binadan Tavrıj sözü Təbrizlə dəyişdirilib.

Qeyd edək ki, ermənilər və kürdlər Azərbaycanla düşmənçilik zəminində Azərbaycanın qədim şəhəri Təbrizin adını Tavrij kimi təhrif edib və qərəzli təbliğatla bəzi azərbaycanlıları da aldada bilmişlər. Lakin artıq azərbaycanlı fəalların bu məsələyə aydınlıq gətirməsi ilə düşmənin planları zərərsizləşdirilir.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •