1-ci maddəsindən sonuncuyadək işləməyən «Veteranlar haqqında» Respublika Qanunu

Abbas Hüseynli

AVMVİB sədrinin sosial və hüquqi işlər üzrə müavini

«Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi «Veteranlar barəsində dövlət siyasəti»ndən bəhs edir. Həmin maddədə göstərilir ki, veteranlar, əmək haqqının minimum səviyyəsindən az olmayan yaşayışla təmin olunmalıdırlar. Həmin təminat Respublikamız üzrə 250 manatdır.

Yəni hər bir veteran 250 manat məbləğində təminatla təmin olunmalıdır. Hal-hazırda Respublika Prezidentinin «Müharibə veteranları»na təyin etdiyi 80 manat pul, Prezident təqaüdü hesab edilir. Həmin pul «Müharibə veteran»larına hər-hansı bir müavinət fomasında deyil, Prezidentin özünə məxsus fonddan «Müharibə veteran»larına ayırdığı təqaüddür. Göründüyü kimi işləməyən veteranlara bununla məktub göndərən ƏƏSMN bu cür şeylərdən xəbərsizdirlər.

Heç kimə gizli deyil ki, «Müharibə veteran»ları onlara Prezident tərəfindən ayrılımış 80 manat Prezident təqaüdü ilə dolana bilmirlər. Son pandemiya hadisəsi bilavasitə göstərdi ki, müharibə iştirakçısı 80 manat prezident təqaüdünü alırsa, ona nəzərədə tutulmuş 190 manat məbləğində müavinət verilmir.

Bunun özü verilmiş qərarın əleyihinədir. Bu barədə «Fedai.az» saytında da geniş şəkildə məlumat verilmişdir. Ümümiyyətlə, müharibədə iştirak edən veteranlara dövlət tərəfindən lazımı qayğı göstərilmir. Hələ də müharibə iştirakçılarının hüquqları pozulur. Onlara «Veteranlar haqqında» Respublika Qanununda nəzərdə tulmuş müavinət və güzəştli şərtlər təmin edilmir, əksər müharibə iştirakçıları «müharibə veteranı» statusunu ala bilmirlər.

AVMVİB-nin bəzi rayon və şəhər şöbələrinin indiyə qədər də inzibati binaları yoxdur. Onlara işləmək və fəaliyyət göstərmələri üçün lazımı şərait yaradılmamışdır. Bu da insanlarımız arasında vətənpərvərlik işinin lazımı qaydada yerinə yetirilməsinə mane olur. Biz unutmamalıyıq ki, müharibə sona çatmamışdır, hələ də torpaqlarımız düşmən tapdağı altındadır. Üstəlik, ölkə rəhbəri öz çıxışlarında dönə-dönə hərbi — vətənpərvərlik hissinin yüksəldilməsini, veteranlara qayğının artırılmasını tapşırmışdır. Bütün bunlar barəsində dövlət rəhbərliyi qarşısında məsələ qaldırılmalıyıq.

Ümüd edirik ki, dövlət rəhərliyi biz veteranların səsinə səs verəcəkdir. Yoxsa 1-ci maddəsindən sonuncu maddəsinədək işləməz hala salınan «Veteranlar haqqında» Qanun bəzi məmurlar hesabına daha da işləməz hala salınacaq. Təklif edirik ki, bu Qanunun yerlərdə icrası üçün veteranların çoxluq təşkil edəcəyi bir nəzarət mexanizmi yaradılmalıdır.

Bu xəbəri paylaşın: