Güclü olmaq üçün bilgin olmağa məcburuq!

1917-ci ildə şimaldakı Azərbaycanda ve Türküstanda işləyən iranlıları öz sıralarına cəlb etməyə çalışan «ƏDALƏT» partiyası fəaliyyətə başladı. 1920-ci ildən İran Kommunist Partiyası adlanan bu quruma Sultanzadə familiyası daşıyan erməni Mikailyan sədr seçilmişdi.

O ömründə bir dəfə də olsun İranda olmamışdı. Qısa bir müddətdə İKP üzvlərindən ibarət silahlı dəstələr yaradıldı. İran Qızıl Ordusu adlanan bu dəstəyə Zaqafqaziya əhalisindən xeyli könüllülər qoşuldu. Çünkü ərzaq və paltar təminatı ilə bərabər, bu könüllülərın ailələrinə də maddi yardım göstəriləcəyinə vəd verilmişdi. Xəzər dənizi vasitəsi ilə İKP rəhbərliyi və İran Qızıl Ordusu Gilandakı üsyanın başçısı Kiçikxana köməyə göndərildi.

Bu ərazidə «Gilan Respublikası» quruldu. Müstəqil İran uğrunda savaş aparan Kiçikxan, bu mərhələdə rus ağqvardiyaçılarını ölkədən qovmaq üçün bolşeviklərlə müttəfiqlik ermək məcburiyyetində qaldı. Proses başa çatandan sonra, bolşeviklərlə dil tapa bilməyən Kiçikxan meşələrə çəkildi. Gilan Respublikası əslən İrandan olmayanların idarəçiliyinə keçdi. Belə «şəxsiyyətlərdən» biri YAQUBZADƏ kimi tanınan, Odessada doğulmuş yahudi Yakov Blyumkin (Simxa Yankel) idi. Bütöv bir hekayə mövzusu olmağa layiq həyat yolu keçmiş, dunya miqyaslı avantüristlər siyahısında yer alan Yaqubzadə, Kiçikxanın siyasi komissarı olarkən 21 iyul 1920 ildə belə bir fərman imzaladı: «18 yaşına çatmış bütün qızlar dövlət mülkiyyəti elan olunur!» Fərmanı belə əsaslandırırdı ki, əgər şah və əyanlar hərəmxanə sahibləridirlersə, sıravi vətəndaşların da buna hüququ çatır.

Əsgərlər yerli əhalinin evlərinə basqınlar edərək əxlaqsızlıqlar törətməyə başladılar. Bəzi məlumatlara görə Yakov Blyumkinin yaxın dostu, rus şairi Sergey Yesenin də həmin dövrdə İranda olub və bu əxlaqsızlıqlarda iştirak edib. Sonradan Cəngəllik hərəkatı adlanan üsyançılara başçılıq edən Kiçikxan, məhz bu əməllərinə görə kommunist müttəfiqlərindən uzaqlaşdı.

Заседание Коллегии ВЧК, 1919 или 1920 год

Bır müddət sonra isə Rza Şah üsyançıları məğlub etdi ve Kiçikxanı edam etdirdi. 14 sentyabr 1920-ci ıldə rusların yaratdığı qoşun İranı tərk elədi. İran kommunist hərəkatını günümüzdə «qəhrəmanliq səlnaməsinə» çevirənlərin diqqətinə bu faktı da çatdırım ki, Yaqubzadə (Yakob) öz inqilabi fəaliyyətinə davam etmək üçün, növbəti hədəf Orta Asiyanı seçdi. Gah dərviş, gah buddist olub cəsusluqla məşğul oldu, məhşur rəssam Rerixlə dostlaşıd, Tibet ekspeditsiyasında iştirak etdi. Rerixin rəğbətini elə bir dərəcədə qazanmışdı kı, rəssam onu «gənc Lama» adlandırıb, öz tablosunda canlandırmışdı. Nəhayətdə isə, bütün özünə bənzərlər kimi, kommunistlər tərəfindən güllələndi.

Eldar Tağıyev

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •