2 İyul — Polis günüdür!

AVMVİB Polis Müharibə Veteranları şöbəsi 2018-ci ilin iyul ayının 2-də yaradılıb. Hal-hazırda sıralarmızda 1000 nəfərdən artıq müharibə veteranı polislərimiz vardır.

Azərbaycanda ilk dəfə müstəqil polisin yaranması Azərbaycan Demokratik Cumhuriyyətinin yaranması ilə əlaqədardır. 2 iyul 1918-ci ildə Cəncə Quberiniyasında müstəqil polisin yaranması ilə bağlı verilmiş xüsusi qərar əsasında polis yaradıldı. Polis yarandığı gündən həm ölkə daxilində ictimai asayişi qorumaqla birlikdə, həm də erməni, bolşevik qüvvələrinə qarşı vuruşan bir qüvvəyə çevrilmişdir.İlk Polisin yaranmasında xüsusi xidmətləri olanlar F. Xoyski, B. Cavanşir olmuşlar.

1988 və 1991-ci illərdə Qarabağ torpağını qoruyan, erməni faşistləri ilə ölüm-dirim savaşları aparan Azərbaycan milisi olmuşdur. Onlar «Çaykənd», Goranboy rayonu ərazisində, Şaumyan kənd rayonunda çox uğurlu əməliyyatlar keçirmiş və həmin ərazidən erməni quldurlarının çıxarılmasında böyük sücaətlər göstərmişlər.

Qarabağ döyüşlərində iştirak etmiş 931 nəfər polis əməkdaşımız şəhid olmuş, 633 nəfər polis qazi, ümumilikdə 67 nəfər polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Bir onu deyə bilərəm ki, məhz Azərbaycan polisi həmin vaxtları Qarabağ zonasında yerli sakinlərlə birlikdə ermənilərə bir qarış belə torpaq sahəsi verməmişlər. Lakin çox təəssüf ediləsi hal ondan ibarətdir ki, «Milli Ordunun» yaranması ilə, içərimizdə olan xainlərin, Rusiya dövlətinin və başqa xarici qüvvələr içimizə soxuldular və ərazilərimiz ermənilər tərəfindən işğal edildi. Biz veteran polislər bu işğalla heç cürə barışa bilmirik. Uzun müddətdir ki, aparılan mənasız sülh danışıqlarının isə heç bir nəticə verməməsini başqalarına nisbətən biz gözəl bilirik. Bilirik ki, heç bir xarici ölkə bizim torpaqlarmızı bizə qaytarmayacaqdır.

Şöbəmizin əsas vəzifəsi gələcək nəsillər içərisində vətənpərvərlik hissini yüksəltmək, torpaq və vətənin müqəddəsliyini hər bir azərbaycanlının şərəfli işi olmasını təbliğ etməkdir. Həmçinin Azərbaycan polisinin cəbhə həyatı və onun misilsiz qəhrəmanlığını xalqımıza təqdim etməkdir. Bzim nəsil Azərbaycanın müstəqilliyinin yaranmasında iştirak edib buna nail olsaq da, ərazilərimizin erməni işğalçıları tərəfindən zəbt edilməsinin qarşsını ala bilmədik. Biz düşmənin işğal siyasətinin qarşısının alınması üçün bütün insanlarımızın bir araya gəlməsini təmin edib, torpaqlarımızı müharibə yolu ilə azad etməliyik.

Polis günü münasibəti ilə polislərimizi ürəkdən təbrik edir, onlara işlərində uğurlar diləyirəm. İnanıram ki, polislərimiz içərisində mərd-mübariz, torpağını düşməndən azad etməyə çalışan polis əməkdaşlarımız vardır. Məhz onların köməkliyi ilə tezliklə erməni faşistlərindən torpaqlarmızı azad edə biləcəyik.

Müharibə veteranı polislərə isə üzümü tutaraq, demək istəyirəm ki, Siz öz borcunuzu dövlət və xalq qarşısında lazımı qaydada həyata keçirmisiniz. Bundan sonra isə insanlarımız içərisində vətənpərvərlik, ermənilərin bizim millətə düşmən olmasını gələcək nəsillər içərisində əyani şəkildə göstərməyə və tezliklə düşmənə qarşı anti-terror əməliyyatı aparılmasına hazır olmağa çağırııram.

Gününüz mübarək, əziz polislər!

Abbas Hüseynli

AVMVİB Polis Müharibə Veteranları şöbəsinin sədri

P.S. AVMVİB Rəhbərliyi də təbriklərə qoşulur və polis günü münasibətiylə başda general-polkovnik Vilayət Eyvazov olmaqla hər bir polisimizi təbrik edir!

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •