Türkiyə yeni Sunqur- havadan müdafiə sistemini sınaqdan keçirdi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Sunqur adlı yeni  havadan müdafiə sistemini sınaqdan keçirib.

Türkiyə Administrasiyasının Müdafiə sənayesi şöbəsinin rəhbəri İsmayıl Dəmir Tvitter hesabında yazıb ki, Türkiyə təhlükəsizlik qüvvələri döyüş imkanlarını artırmaq üçün növbəti silahını ərsəyə gətirib.

İsmayıl Dəmir yazıb: “Havadan müdafiə sistemlərimizə daha biri əlavə edildi. “Roketsan” tərəfindən hazırlanan “Sunqur”un sınaqları uğurlu keçdi. Artıq ordunun inventarına daxil edilməyə hazırdır”.

Bu xəbəri paylaşın: