Daha bir döyüşçü qardaşımız Haqqa yürüdü

Sıralarımız seyrəlir. Artıq az qala hər gün bir veteran qardaşımız bizlərə vida deyir. Qəlblərində bir Qarabağ dərdi, yumulan gözlərində bir Qarabağ nisgili və çöhrələrində bir cənnət müjdəli təbəssüm…

«Milli ordumuzun ilk rəsmi batalyonunun əsgəri Rafiq Əliyevi də itirdik. Doğma Gədəbəydə qəfil ürək tutmasından vəfat edib».

Bu barədə məlumatı AVMVİB sədrinin I müavini Kamil Şirinov məlumat verib.

AVMVİB Rəhbərliyi və döyüş yoldaşları Qarabag Qazisi Rafiq Əliyevin vaxtsız vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Məkanı cənnət olsun!

Bu xəbəri paylaşın: