Qarabağın azad edilməsini görmək istəyirik!

Makiavelli deyirdi ki, savaşı dayandırmaq deyil, ertələmək olar. Biz illərdir ki, olacaq bir savaşı ertələməklə məşğuluq. Gec, ya tez bu savaş olacaq.


Söz Vətən torpağı olduğuna görə, istər önümüzdə rusun köpəyi, istərsə də özü olsa fərq etməz! Gələcəyi varsa, görəcəyi də var.


Düşmən arxayınca, Qarabağda məskunlaşma həyata keçirir. Biz susub virus qovalamaqla məşğuluq. Sabah başqa virus çıxacaq, o biri gün daha yeni bir virus gələcək. Ermənidən pis virusu Vatikan heç zaman bir də yarada bilməyəcək.


Hər gün veteranlarımızın ölüm xəbərini alırıq. 47-55 yaş arası, Qarabağ nisgilli gözlərini yumurlar. Qəlbləri bu həsrətdən çat-çat olmuş. Biz Qarabağ uğrunda savaşa daşla başladıq. Savaşdıq. Polis və ordu əl-ələ, çiyin-çiyinə düşmənə qarşı savaşdı. Düşmənlərin və imperialistlərin planını durdurduq.

Savaşmaq istəyirik! Ölmədən öncə Qarabağın azad edilməsini görmək istəyirik!


Bu veteranların ümdə arzusudur!


Fedai.az

Bu xəbəri paylaşın: