XİN-in binasında xüsusi əməliyyat keçirilir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində anti-korrupsiya əməliyyatı həyata keçirilir.

Sfera.az-ın məlumatına görə, hüquq-mühifizə orqanları hazırda XİN-nin binasındadır. Nazirliyin bir neçə vəzifəli şəxsinin saxlandığı bildirilir./Sfera.az/

Xarici İşlər Nazirliyində həyata keçirilən anti-korrupsiya əməliyyatında həbs olunanlardan birinin adı bəlli olub. Bu şəxs nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadədir.

Fərhad Mollazadə xarici işlər naziri Elmar Məmmədyarovun yaxın dostudur və o nazir təyin olunandan bərabər çalışırlar.

Bu xəbəri paylaşın: