İki erməni hərbçisi minaya düşdü

İşğalçı ordunun əsgərləri Əsgəran-Ağdam ərazisində minaya düşüblər.

2018-ci ilin 2-ci yarısında hərbi xidmətə çağırılan əsgər Xoren Şağqulyan və Levon Hayriyan 136-cı postu tərk edərək, 132-ci postda xidmət edən və tərxis olunmağa hazırlaşan əsgərlərlə görüşə yollanıblar.

Tez çatmaq üçün qısa yolla getmək qərarına gələn hərbi qulluqçular posta çatmağa 10-15 metr qalmış minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Partlayış nəticəsində sol ayağından yaralanaraq hərbi hospitala göndərilən X. Şağqulyanın ayağı amputasiya olunub. Digər hərbi qulluqçu L. Hayriyan isə üz nahiyəsindən çoxlu qəlpə yarası alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •