100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI: BOP-UN FİASKOSU… II YAZI

Bu yazı 19 noyabr 2017 — ci ildə Fedai.az saytında yayınlanıb. Günümüzlə səsləşdiyi üçün bir daha sizlərə təqdim edirik…

Xaqani Ədəboğlu

(Əvvəli ötən sayımızda)

ABŞ ardıcıl surətdə buraxdığı səhvlərdən sonra kimsəilə diqtə ilə danışa bilmir. Çünki bu «oyuncaq IV Romanın» əsil mahiyyətini, hətta Bərzani belə anlayıb və aşkarcasına «ABŞ bizi satdı»-deyə bilir. Ötən yazıda bildirdiyim kimi diktator Səddam Hüseynin 14 yaşlı nəvəsi şeyx Nəffaf Zeydanın malikanəsinə 400 nəfər amerikalı «kommandos»ların hücumuyla qətlə yetirilməsi fonunda sülaləyə mənsub qadınların qorunmasını aydınladacağıq. Həmin hücumda Mustafa Səddam evdə sağ qalmış yeganə şəxs idi. Səddamın yanında atası Kusay, əmisi Udey və onların mühafizəçisi Əbdel Səmədin cəsədləri vardı.

Xatırladım ki, Mustafanın atası və əmisi gözünün qarşısında öldürüləndən sonra yeniyetmə 40 dəqiqə atışıb və snayper tüfəngindən 14 amerikalı dəniz piyadasını öldürüb. Ən son sağ qalan, kişi cinsindən olan varisi öldürmək üçün 400 nəfərlik komondos 6 saat vuruşub. Niyəsinin bir başa Vaşinqtonla bağlı olması şəksizdir.


Səddamın yaxalanma xəbərini eşidən kimi Bərzani Səddamın arvadı və qızlarını ölkədən qaçırdı. Aldığı əmrə əsasən güya «bu 3 qadını ABŞ-ın əlindən xilas etdi». Səddamın xanımı Sacidə, qızları Raqxad, Rana və Hala «xilas edilmişdi».


Aldığı əmanəti xaricə çıxaran Bərzani böyük bir hədəfi aşmışdı.

100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI: BOP-UN FİASKOSU...II YAZI

Səddamın milyardları və neftdən gələn gəlirlər, əsasən İngiltərəylə bağlı banklar vasitəsiylə həyata keçirilməsi məlumdur. Hətta bu faktı Türkiyə ərazisində yerləşən ingilislərə məxsus banklardan da öyrənmək mümkündür. Səddamın milyardlarını «oğurlamaq» üçün onun ailə üzvlərindən birilərinin yaşaması vacib idi. Çünki varis olmadığı təqdirdə pullar İraq hökumətinə qaytarılmalıydı. Ən etibarlı varis isə qadınlar idi.
Bu talanı planlamış imperialist baronlar qızları qaçırma vəzifəsini Bərzaniyə verdi. Onlardan zorla imzalar alındı. Bankdakı milyardlarca dollar bir anda əl dəyişdirdi. İngilislər pul qoymadıqları halda bankın tək sahibi oldular.

Bərzani də bu sövdələşmədən, həm gələcək üçün yağlı vədlər, həm də puldan pay almışdı. Bu bankın sahibləri Qüzey Iraqa gılərək, sahibinin Bərzani olduğu Ərbil Bankını qurdular. Bərzaninin bankını, deyilənlərə görə, hələ də bir yəhudi idarə edir. Səddamdan oğurladığı qızıllar və İngiltərə Bankında bir hissə də əlavə olaraq ona pay verildi. ABŞ isə peşmərgənin təlimini, silahlandırılmasını və aylıq maaşlarının verilməsini qarşıladı. Bərzanidən xilas olmaq üçün referendium oyunu ortaya atıldı və birinci sövdələşmədən qazanclı çıxan Bərzani anqlo-sakson-sionistləri arxasına alaraq dünyanı qarşısına aldı. Bu dəfə Bərzanini ABŞ bu şərtlərlə aldatmışdı:
— Kərkük və bölgədə neftlə zəngin olan bütün ərazilərin tutulması.
— Bölgə neftindən gələn gəlirlərin şəriksiz hakimliyi.


Əlbəttə ki, bu sövdələşmənin arxasını Bərzani daha yaxşı bilirdi və pay bölgüsü belə razılaşdırıldığına görə heç Təlabani kimi optimist siyasətçini dinləmədən siyasi tarana getdi. Hətta o qədər inanmışdı ki, 1926-cı il Ankara andlaşmasına görə İraq ərazi bütövlüyünü itirdiyi zaman Kərkük və Mosul üzərində Türkiyənin haqqı olduğunu belə tanımırdı.

100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI: BOP-UN FİASKOSU...II YAZI

ABŞ və onun K-sı bu oyunu oynayaraq, Bərzanidən xilas olmaqla yanaşı Yaxın Şərqdə böyük Xaosun başlayacağını planlamışdı. Çünki dini və etnik koloritə malik bölgədə sünni-şiə, ələvi-sünni, yezidi-xristian və s. azlıqlara qarşı başladılan İŞİD qətliamlarının davamı kimi mənfur plan alınmadı. Bu gün bölgədə istədikləri qədər qalacaqlarını bəyan edən ABŞ plana uyğun İranı destiblizator elan etdiyi halda, sığındığı terrorçu PKK və PYD kimi qruplarla birgə əsil destablizator kimi görünməkdədir. Hətta bu fakt hər gün bölgədə ABŞ-ın sürətlə nüfuzdan düşməsinə səbəb olub. Onun kor-koranə müttəfiqi olan Səudiyyə Ərəbistanının mövqeyində də tərəddüdlər əmələ gəlməkdədir.

100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI: BOP-UN FİASKOSU...II YAZI

Bizim üçün bölgədə Türkiyə dövlətinin mövqeyinin güclənməsi vacibdir. Lakin Türkiyə imperialist güclərin BOP (Böyük Orta Doğu Projesi) planına uyğun etdiyi hərəkətlər onun siyasi imicini və nüfuzunu yaraladı. Hakimiyyətin dinə meyilli, məzhəbçi tutumu bölgədə heç öz türk qardaşlarımıza tam dəstək verməsinə imkan vermədi. Xüsusən, Haşdi Şabi hərbi birliklərinə qarşı tutduğu yanlış mövqe Türkiyəni peşmərgələrin ayağına apardı. Əslində isə bizlər və bütün dünya Türkiyəni Türkmən qardaşlarımızın yanında gözləyirdik. Kömək etməmələri bir yana dursun, hələ Türklüyün bayraqdarı olan qardaş Türkiyə «səhrada yorğun adamın tapdığı ulağın erkək dişiliyini» sorğulamaqla Haşdi Şabini deyil, peşmərgənin təlimiylə məşğul oldu.

100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI: BOP-UN FİASKOSU...II YAZI

Sistani fətvasını tək şiələrə deyil, bütün İraq xalqına ünvanlamışdı və ABŞ-ın məzhəb savaşı salacağından xəbərdar idilər. Bu savaş vətəndaş müharibəsinə çevrilərək İraqı məhv etməliydi. Hətta xristian olan birinin komandir olması çox planlrı pozdu. Ərəbcə “xalq səfərbərliyi” mənasına gələn Haşdi-Şabi elə həmin çağırışdan sonra dinindən, məzhəbindən asılı olmayaraq İraqın bütövlüyü uğrunda canını fəda etməyə hazır bütün əşirət liderlərinin ümid yerinə çevrildi. Şiə əşirətlərinin bu çağırışa münasibəti təəssübkeşlik kimi qiymətləndiriləcəyindən, biz yenə xristian Kildaninin məlum çağırış haqqında fikirlərini diqqətinizə çatdırmağa üstünlük veririk. Anadolu Agentliyinə verdiyi həmin müsahibəsində Kildani deyirdi: “Bu güc olmasaydı, Bağdaddan əsər qalmazdı”.

100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI: BOP-UN FİASKOSU...II YAZI

Etnik mozaikadan ibarət olan İraq əhalisinə aid 76 etnik qrupun müqavimət gücünü özündə birləşdirən Haşdi Şabi döyüşçüləri arasında türkmənlər mühüm yer tutur.

Telafərli alim Ziya Abbasın bildirdiyinə görə, Haşdi Şabidə ərəblərdən sonra ən böyük batalyonlar türkmənlərə məxsusdur. Rusiyanın “Sputnik” xəbər agentliyinə açıqlama verən Ziya Abbasın fikrincə, hazırda Mosul əməliyyatına başlayan bu silahlı birləşmədə, ən azı, 12 min türkmən döyüşür». İŞİD sıralarında zaman-zaman 4500-6000 nəfərlik quldur dəstələr döyüşdüyünü xatırlasaq vəziyyətə nəzarəti ələ keçirməyin necə asan olmasını anlamaq olardı.


Hazırda qardaş Türkiyə, niyə ABŞ-ın hədəfinə gətirilib?

(Ardı var)

Bu xəbəri paylaşın: