Düşmənin dezinformasiya maşını işə düşüb

Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Vaqif Dərgahlı yeni bir dezinformasiyanı təkzib edib: «Düşmənin Murov istiqamətində 3 postumuzu ələ keçirməsi və Goranboy rayonu Tapqaraqoyunlu istiqamətində şəhidlərimizin olması haqda yayılan məlumatlar tam əsassızdır və həqiqəti əks etdirmir.»

O, ictimaiyyəti belə əsassız, yalan məlumatlara inanmamağa çağırıb və hazırda Ordumuzun cəbhə xəttində vəziyyətə nəzarət etdiyini bildirib.

Qeyd edək ki, iki gün əvvəl də sosial şəbəkələrdə cəbhənin Tərtər və Goranboy istiqamətlərində vəziyyətin gərginləşməsi barədə yalan məlumat yayılmışdı. Bu mənbəsiz məlumatları yayan saytlar və sosial şəbəkə istifadəçiləri aşkar edilərək məsuliyyətə cəlb edilməlidirlər. Bu şəxslər erməni xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirir və ölkədə boy verən «şok -xəbər jurnalistikası» başları çıxmayan bu sahədə oxucu cəlb etmək üçün belə feyk xəbərlərin mənbəyini yoxlamadan yayınlayırlar. Bununla da düşmən dəyirmanına su tökmüş olurlar. Amma unutmaq olmaz ki, bilməməzlik, heç də cinayət məsuliyyətindən kimsəni xilas etmir.

AVMVİB Mətbuat Xidməti hələ 2016-cı il Aprel döyüşləri zamanı Birinci Qarabağ savaşında işlətdiyi “informasiya savaşı” taktikasını cüzi dəyişikliklərlə yenidən işə saldığını yazmışdı. Hazırda düşmənin dezinformasiya və təxribat planlarına aşağıdakılar daxildir və bu punktları hər kəsin bilməsi vacibdir:

-Terror və s. ekstremal hadisələrin baş verəcəyi barədə şayiələrin yayılması;

-İctimai yerlərə, sosial şəbəkələrə, saytlara əsası olmayan xəbərlərin daşınması və yerləşdirməsi;

-Cəbhədə yayılan məlumatların, təslimçilik ruhlu xəbərlərin ötürülməsi;

-Dezinformasiyaların cəmiyyət şüurunun alt qatlarına sirayət etməsinə çalışmaq;

-Milli barışa, sabitliyə xələl gətirəcək şəkildə iqtidar-müxalifət münasibərlərinin kəskinləşdirilməsi;

-Yeni münaqişə ocaqlarının yaradılması;

-Müxalif meyilli radikal qrupların birləşdirilməsi;

-Müharibənin əleyhinə patsefist süarlı yürüyüşlərin təşkili;

-Erməni ordusunun məğlubedilməzliyi barədə mifin formalaşdırılması;

-Əldə edilmiş nailiyyətlərin heçə endirilməsi, silahlanmaya xərclənən vəsaitlərin şişirdilməsi;

-Düşmən tərəfinin itkilərinin qəsdən azaldılması və s.-ni əks etdirən kadrların, fotoşəkillərin və xəbərlərin yayılması, bu konteksdə bizim itkilərimizin şişirdilməsi;

-Müharibə əleyhinə mediyada patsefist çıxışların çoxalması;

-Etnik separatizmin alovlandırılması;

-İran, Türkyə, Rusiya, Türkmənistan, Gürcüstan kimi həmsərhəd ölkələrlə münasibətlərə xələl gətirə biləcək məqalələr, şərhlər və hətta statusların təşkili;

-Dini, irqi və məzhəb ayrı-seçkiliyi salmaq;

-Əhali arasında xof, qorxu, inamsızlıq və s. yaradan şayiələrin yayılması;

-Azad edilmiş ərazilərdə düşmənin əlindən alınmış hərbi-strateji mövqelərin əhəmiyyətinin miqyasca azaldılmasına xidmət edən informasiyaların yayılması;

-Cəbhəyanı bölgə əhalisi arasında qorxu, xof, xaos yarada biləcək şayiələrin yayılmasını təşkil etmək;

-Ölənlər,dağıntılar barədə ardıcıl informativ kadrların, xəbərlərin yayılmasının təşkili;

-Xalqımızın orduya inamını sarsıtmaq və s.

Bu istiqamətlərdə fəaliyyət göstərən atanızın oğlu, qardaşınız olsa belə, bilin ki, satılmışdır.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •