Ermənistan polisi telekanala soxuldu: Paşinyan hakimiyyətinə sərt xəbərdarlıq

Ermənistan hakimiyyəti fövqəladə vəziyyət qaydalarını bəhanə edərək ölkədəki media quruluşlarına qarşı hücuma keçib.

İyulun 3-də polis əməkdaşları “5-ci kanal” telekompaniyasının yerləşdiyi ünvana gəliblər.

Telekanalın direktoru Arutyun Arutyunyan özünün feysbukdakı şəxsi səhifəsində yazıb: “Təbrik edə bilərsiniz! Polislər hazırda bizim telekanaldadırlar”. Məlumatda bildirilir ki, polis fövqəladə vəziyyət rejimində karantin qaydalarının efirdə pozulmasına görə televiziyaya basqın edib.

Bundan bir az əvvəl isə hüquq mühafizə orqanlarının əməkdaşları Ermənistandakı “ArmNews” telekanalına basqın ediblər. Məlumata görə, polisin telekanala basqın etməsi teleaparıcılardan birinin efirdə maskadan istifadə etməməsi ilə əlaqədardır.

A. Arutyunyan deyib ki, inzibati icraat haqqında bildirişi imzalamaqdan imtina edib. Telekanal rəhbərinin sözlərinə görə, iddia əsassızdır, studiyaya dəvət olunmuş şəxslə aparıcı arasında 2 metr 80 sm-dən artıq məsafə olub.

Artıq ölkənin ictimai-siyasi təşkilatlarından polisin dördüncü hakimiyyətə qarşı basqılara başlamasına etirazlar gəlməkdədir. “Çiçəklənən Ermənkistan” partiyasının katibi Arman Abovyan bildirib ki, kütləvi informasiya vasitələrinə qarşı təzyiqlər başlayıb. Abovyan hakimiyyətin koronavirus pandemiyasının qarşısında çıxılmaz vəziyyətdə qaldığını da vurğulayıb.

Politoloq Qrant Melik-Şahnazaryan isə kəskin mövqe sərgiləyib. O, Nikol Paşinyan hakimkiyyətinə xitabən “Çirkli əllərinizi “ArmNews” telekanalından və azad mediadan çəkin. Düşünməyin ki, siz hər şeyə qadirsiniz və biz sizə ölkəmizdə diktatura qurmağa imkan verəcəyik. Yox. Siz buna qadir deyilsiniz. Bundan başqa, siz heç kimsiniz. Siz sadəcə bir səhvsiniz, tezliklə o səhv düzəldiləcək”-deyə, Melik-Şahnazaryan ultimativ bəyanatla çıxış edib.(musavat.com)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •