Rusiya erməni müxbiri deport edir

Ermənistandakı antirusiya isteriyasından sonra Rusiya “Azadlıq radiosu”nun erməni xidmətinin Moskvadakı reportyoru Roza Azatyanı deportasiya etməyə hazırlaşır.

Fedai.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Politik.am” saytı öz mənbələrinə istinadən yayıb. Sayt Rusiya xüsusi xidmət orqanlarının müxbirə Ermənistan Xarici İşlər Nazirliyinin diplomatik pasport verdiyini müəyyən etdiyi bildirilib:

“Diplomatik pasporta sahib olan Azatyan Rusiyanın maraqlarına qarşı hərəkətə keçib. Bunun sayəsində yaxın zamanlarda güclü Ermənistan-Rusiya diplomatik skandalı yaşanacaq ki, bu da təkcə Ermənistanın Rusiyadakı səfirinin istefasıyla yox, həm də Mnatsakanyanın istefasıyla nəticələnə bilər”.

Bu xəbəri paylaşın: