Vilayət Eyvazov müharibə veteranını rəis təyin etdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Şamaxı rayon Polis Şöbəsinə yeni rəis təyin edib.

Fedai.az «Report»a istinadla xəbər verir ki, nazirin əmri ilə polis polkovniki Əliyəddin Səfərov Şamaxı rayon Polis Şöbəsinə rəis təyin olunub.

Ə.Səfərov bundan əvvəl Biləsuvar rayon Polis Şöbəsinin rəisi olub. O, Qarabağ müharibəsi iştirakçısıdır. Döyüşlərdə yaralanıb.

P.S. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adından Ə. Səfərovu təyinat münasibətiylə təbrik edirik!

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •