Fəxr yerimiz olan şəhid məzarlarını kimlər gizləmək istəyir?! VİDEO

Şəhidlər xiyabanında Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş döyüşçü məzarlarının biyabırçı bir şəkildə Bakı şəhəri İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov tərəfindən «çəpərlənməsi» barəsində yazmışdıq.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi ilə yanaşı, Müharibə Veteranı Qadınlarina Sosial Yardım İctimai Birliyi də öz etirazını bildirmişdi. MVQSYİB üzvü olan qadın veteranları etiraz aksiyası keçirmiş və birliyin sədri Radə Abbas sosial şəbəkədə öz etirazını bildirmişdi.


AVMVİB — ə Bakı şəhər İH-dən problemi çözəcəklərini bildirmişdilər. Görəsən şəhidləri gizləmək istəyənlərin əsas məqsədi nədir? Onlar hansı xalqa xidmət edirlər?


Mövzuya tez-tez qayıdacağıq…


Elnur Səlim

Bu xəbəri paylaşın: