Türkiyənin “Atmaca” raketi Yunanıstanı qorxuya salır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Yeni Şəfəq” nəşri yazır ki, Türkiyənin “Atmaca” raketi Yunanıstanın kabusu olacaq.

Məlumata görə, Türkiyə “Atmaca”nı Egey dənizi boyunca əsas nöqtələrə yerləşdirməklə Yunanıstanın qanunsuz şəkildə silahlandırdığı adaların yolunu kəsə bilər:

“Atmaca”lar sayəsində bölgədə icazəsiz quş da uçmayacaq. Yunanıstan telekanallarında “Atmaca” ilə bağlı sujetlərin yayımlanması bu qorxudan irəli gəlir. Artıq Türkiyənin icazəsi olmadan Yunanıstanın adalara silah göndərməsi və ya gəmilərlə əsgər daşımasının qarşısı 200 kilometr məsafədən “Atmaca” ilə alınacaq”.

Bu xəbəri paylaşın: