Qanunsuz məskunlaşdırılan yurd yerimiz — Laçın

Düşmənin ən çox məskunlaşma keçirdiyi rayon Laçın rayonudur. İşğaldan öncə bu rayonda bir nəfər də erməni yaşamayıb. Laçın rayonunun ərazisi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-çərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır. Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı qara torpaqlara malikdir.

264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.

İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.

Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, «Taxta-körpü» qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.

Rayon ərazisi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən 2 gün sonra Ermənilər tərəfindən rayonun işğalına beynəlxalq aləmdə don geyindirmək məqsədi ilə qondarma «Kürd Respublikası» yaradılması ortaya atıldı. İrəvan bələdiyyə orqanlarının təşkilatçılığı ilə bu ideyanı dəstəkləyən bir dəstə kürd əhali (təxminən 50 nəfərə yaxın şəxs) avtobuslarla xüsusi olaraq Laçın şəhərinə gətirilimişdi. Əsas kimi isə 1923-cü ildə yaradılan Qırmızı Kürdüstan göstərilirdi. Halbuki, Qırmızı Kürdüstan yaradılarkən siyahıya alınma nəticəsində yerli əhalinin 94 % Azərbaycan türkü, 6 % isə kürd olması müəyyənləşir. Sosial bazanın olmamasından dolayı muxtariyyət 1929-cu ildə ləğv edilmişdir.

Qondarma Respublikanın baş naziri Vəkil Mustafayev seçilir və bu işin təşkilatçıları kürdləri Laçına çağırması bir nəticə verməmişdi. Buna səbəb isə Laçın işğal olunarkən azərbaycanlılarla bərabər kürdlərdə ərazini tərk etmişdilər. Bu səbəbdən sosial bazanın olmaması qondarma respublikanın mövcudluğunu mümkünsüz edirdi. Üstəlik bölgənin kürd əhalisi say baxımdan Azərbaycan türklərindən dəfələrlə az idi. Qondarma respublika elan edilsə də fəaliyyətə başlamamışdır və tezliklə ləğv edilmişdir.

Vikipedik məlumatlar əsasında hazırladı: Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: