Ərdoğan sərəncam imzaladı, Ayasofiya rəsmən məscid oldu və Azan oxundu

Türkiyə Dövlət Hüquq Şurası Ayasofyanın məsciddən muzeyə çevrilməsinə dair Nazirlər Şurasının 1934-cü il 24 noyabr tarixli qərarının ləğv edib. 

Fedai.az Avropa.info-ya istinadən xəbər verir ki, Dövlət Hüquq Şurasının bu qərarından sonra, Prezident Rəcəb Tayyib Ərdoğan Ayasofiyanın yenidən məscid olması haqda sərəncam imzalayıb. 

Sərəncamı sosial media hesabından paylaşan Ərdoğan «Xeyirli olsun» yazıb. Sərəncama görə, Ayasofoya Diyanət İşləri Nazirliyinin sərəncamına verilib.

Sərəncamdan sonra Ayasofiyada ilk azan oxunub. Bu 1934-cü ildən sonra məsciddə oxunan ilk azandır. 

Azan verilən zaman İstanbul sakinləri Ayasofiyanın qarşısına axışıb. Dünyanın bir şox telekanalları bu anları canlı olaraq təqdim edib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofiyanın yenidən ibadətə açılmasını böyük tarixi hadisə kimi qiymətləndirib.

«Məscidə birləşən İstanbuldakı ilk Osmanlı unversiteti olan və Fateh Mehmet Xan tərəfindən inşa etdirilən mədrəsə səbəbsiz olaraq uçurulur. Ayasofiyada olan nadir xalılar götürülərək sağa sola dağıdılır. Antik şamdanlar əridilir. Ayasofiyanın uğradığı təxribat bununla yekunlaşmır. Sultan 2-ci Bəyazid vaxtında məscidə çevirilən Kiçik Ayasofiya minarəsi bir gecədə uçurulur. Tək partiya dönəmində edilən bu əməllər və qərarlar tarixə xəyanətlə yanaşı, hüquqa da ziddir. Çünki, Ayasofiya nə dövlətin, nə də hər hansısa bir qurumun malı deyil, vəqfin mülkidir. Ayasofiya da Fateh Mehmet xanın qurduğu vəqfin üzərinə sənədləşdirilmişdir. Cümhuriyyət dönəmində də Fateh Mehmet xan tərəfindən hazırlanmış bu sənəd hüquqi olaraq tanınmışdır. Fateh Mehmet xan «Kim bu vakfı dəyişdirərsə, Allahın, Peyğəmbərin, mələklərin, bütün idarəçilərin və bütün müsəlmanların lənəti onun və onların üzərinə olsun» deyib. Bu gün verilən qərar eyni zamanda Fatehin bu ağır bədduasından qurtulmamızı təmin etmişdir». 

Bu xəbəri paylaşın: