Veteranlar qan verir…

ZƏNGİLAN. AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayevin sosial şəbəkədə verdiyi məlumata görə, AVMVİB Zəngilan rayon şöbəsinin idarə heyəti və bir qrup üzvü Qanvermə aksiyasında iştirak etdi. Pandemiya dövründə qana ehtiyacı olan xəstələrə dəstək üçün aksiyaya qoşulduq. Aksiyada müharibə veteranları Azad Musayev, Zakif Abbasov, Ənvər Qarayev, Səbuhi Hüseynov, Qorxmaz Nəsirov, Füzuli Cəbrayılov, İldırım Abbasov və Hətəmov Rəşad iştirak ediblər.

BİNƏQƏDİ. AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərovun verdiyi məlumata görə, rayon İcra Hakimiyyətinin təşəbbüsüylə keçirilən qan vermə aksiyasında rayon şöbəsinin 4 nəfər üzvü iştirak edib.

Bu xəbəri paylaşın: