Bütün yollar Turana gedir…

Turan Elləri İctimai Birliyi türk dünyası ölkələrində fəaliyyət göstərən təşkilatlarla görüşlərə başladı.
Təşkilat üzvləri Qazaxstanda fəaliyyət göstərən Dünya Azərbaycanlıları Konqresinin rəhbəri, Turan Hərəkatı Partiyasının Azərbaycan təmsilçisi Araz Xudiyevlə görüşdülər.


Araz Xudiyev uzun illər ərzində bu yolda gördüyü işlərdən, Türklərə məxsus ölkələrin inteqrasiyası, ortaq mədəniyyət və orta tarixin yaradılmasının vacibliyindən danışdı. Türkiyə-Azərbaycan əlaqələrinin bundan sonra da bütün sahələrdə yüksək səviyyədə inkişafı üçün hər bir vətəndaşın vəzifəsinə çevrilməlidir. Bu istiqamətdə aparılan işlərə hər birimiz dəstək olmalıyıq. Siyasi səhnədə həm dövlətlərimizin, həm də ölkə rəhbərlərinin xoş münasibəti daha yaxşı prespektivlər vəd edir.


Abbas Hüseynli də deyilənlərlə razı olduğunu, həm Türkiyə, həm Orta Asiya və qeyri ərazilərdə yaşamaqda olan türk toplumlarının təşkilatlanmasını, öncə Böyük Əmir Teymur dediyi kimi «Turan bir üzükdürsə, onun zümrüd qaşı Azərbaycandır» deyə, öncə bütöv Azərbaycanın və sonra bütün Türk dünyasının bütövləşməsinə öz töhfəmizi verməyə çalışmalıyıq.


Sonda qərara alındı ki, belə görüşlər və əlaqələr mütamadi hal alsın. Bu istiqamətdə birgə olmaq daha çox iş görmək deməkdir. Həmçinin Qarabağ problemini Türk dünyasının problemi olmasını bu yolla ortaya qoymaq mümkündür.

Pərviz Hüseyn

Bu xəbəri paylaşın:
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •