«Yalnız İlham Əliyev tab gətirəcək» — Jirinovski

«ABŞ çinlilərə qarşı etnik silah yaratdı».

Virtualaz.org bildirir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski deyib.

“Amerika ədəbiyyatında dəfələrlə“ etnik silah ”termini işlədilib. Təxminən 20 il əvvəl Zbignev Bzezinski bir toplantı çağırdı və dedi: “Ruslara qarşı etnik silah yarada bilərsiniz? Mənfi cavab alanda o, əsəbiləşdi. Ruslara qarşı hələ də yaratmayıblar-amma çinlilərə qarşı yaratdılar”,- deyə V.Jirinovski xatırladıb.

«İqtisadi cəhətdən Çini məğlub etmək olmaz. Müharibə lazımdır, amma o, nüvə silahına malikdir, deməli, xəstəlik-vəssəlam, “narıncı inqilab” keçməyəcək, budur, üçüncü variant: bioloji silahlar — bunların hamısı gözümüzün qabağında baş verir»,- deyə RLDP lideri qeyd edib.

Bundan əlavə, Liberal Demokrat Partiyasının başçısı ABŞ Dövlət katibi Maykl Pompeonun Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistana etdiyi səfərlə əlaqədar deyib: «Rusiyadan uzaqlaşdırmaq üçün hər yerdə “pryaniklər”-zəncəfilli çörəklər paylanır».

«Və bütün qərb ərazilərimiz: Baltikyanı ölkələr-üç, Ukrayna, Belarus, Moldova — altı, Gürcüstan, Ermənistan — səkkiz, hamısı tədricən Qərbə üz tutacaq və anti-Rusiya körpüsü olacaq. Yalnız Azərbaycan müqavimət göstərə bilər. Çünki digər keçmiş sovet respublikaları ilə müqayisədə orada ölkənin başında daha ağıllı bir insan var”,- deyə RLDP lideri vurğulayıb.

Bu xəbəri paylaşın: