Yarasından qan daman — Xocalı

Xocalıda da qanunsuz məskunlaşma həyata keçirilib. Hətta şəhərin adı dəyişdirilərək İvanyan qoyulub. Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi —1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Sahəsi 0,94 min kv. km, əhalisi 24417 nəfər (1991-ci il). Azərbaycanlılar 12194 nəfər (2004-cü il), qeyriləri 12223 nəfər. Rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd olmuşdur. Mərkəzi Xocalı şəhəridir. Ağdam şəhərinin 18,  Xankəndi şəhərinin 14 km-liyində, Qarabağ silsiləsində yerləşir.

2009-cu il, 15-22 aprel ümumölkə siyahıya almasına əsasən Xocalı rayonunun 26.047 (12.751 nəfər kişi, 13.296 nəfər qadın) nəfər əhalisinin 7.711 (3.794 nəfər kişi, 3.917 nəfər qadın) nəfəri şəhərdə, 18.336 (8.957 nəfəri kişi, 9.379 nəfəri qadın) nəfəri iə kəndlərdə yaşamışdır .

Ermənistanın işğalı nəticəsində dünya tarixiylə yaşdaş olan Xocalı rayonunun tarixi, mədəni, dini abidələri, şəhər və kəndləri, iqtisadi bazaları və s. dağıdılmışdır.

Xocalı şəhərinin ən qədim tarixi abidələri, qəbristanlıqlar,  Kərkicahan qəsəbəsi,  KosalarCəmilli və Meşəli kəndlərinəki qəbristanlıqlar, dini abidələr, məsələn, Meşəlidəki «Seyid qəbri» və s. , 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil, 14 səhiyyə müəssisəsi. 56 mədəniyyət, 5 rabitə obyekti və s. dağıdılmışdır. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri — daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri — dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.


Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
uşaqlar — 63 nəfər;
qadınlar — 106 nəfər;
qocalar — 70 nəfər.
8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir
487 nəfər yaralanmışdır, onlardan:
uşaqlar — 76 nəfər;
1275 nəfər əsir götürülmüşdür.
150 nəfər itkin düşmüşdür.


Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

Vikipedik məlumatlar əsasında hazırlayan: Əli Nəsib Zərdabi

Конгресмени США Джду Уи , Джмейки Шпейнер В Карабахе — Ходжалы

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •