Düşmən mülki əhalini hədəfə alıb

Ötən gün yazmışdıq: «Şuşan Stepanyan öz buraxdığı yanlışlardan xəbərsiz bir erməni axmağı olduğunu unudub. Təqdim etdiyi fotoda güya bu evlərin dünən artileriya mərmiləri ilə vurulduğunu öz facebook səhifəsində paylaşıb. Adicə bu foto Şuşan Stepanyanın verdiyi bütün xəbərlərin yalan olmasını sübut etməyə yetər. Fotodan göründüyü kimi bu dağıntı köhnədir və oradan keçən kabel belə zədələnməyib. Görünən ağacın yarpaqlarının qırılması bir yana, heç üzərinə toz da qonmayıb (Bax foto).

İndi isə düşmən tərəf dinc sakinlər yaşayan kəndlərə atdığı mərmilərin törətdiyi dağıntıları Oxu.az-a istinadən təqdim edirik.

Ermənistanın Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar zamanı mülki şəxslər hədəfə alınıb. 

Fədai.az bildirir ki, Oxu.Az-ın təmas xəttinə ezam olunan əməkdaşı xəbər verir ki, Tovuzun Dondar Quşçu kəndində sakinlərin evlərinə zərər dəyib. 

Telarə Əliyevanın evinə mərmi düşüb. Evdə yaşayanlar deyir ki, hadisə iyulun 14-də günorta saatlarında qeydə alınıb. Artilleriya atəşi nəticəsində ev tamamilə yararsız hala düşüb. 

Telarə Əliyeva bildirir ki, günorta saatlarında mağazaya gedib və 10 dəqiqə sonra evlərinə mərmi atılıb. 

Xoşbəxtlikdən xəsarət alan olmayıb. Zərbə nəticəsində qonşuluqda yerləşən, Rəna Əliyevaya məxsus ev də ziyan görüb. Kənd sakinlərindən Şahin Abdıyev də hədəfin qurbanlarındandır. Həyətə düşən mərmi onun evini dağıdıb. İyulun 13-də isə kənd sakini Mahir Sadıqovun evi zərər görüb. Hazırda kənddə nisbi sakitlikdir. 

P.S. …

Bu xəbəri paylaşın: