18 Yan 11:04SİYASƏT / GÜNDƏM

Bu səhər: Kürdlər Afrindən qaçmağa başladı, türk ordusu gəlir

Bu səhər: Kürdlər Afrindən qaçmağa başladı, türk ordusu gəlir

“Türkiyə düyməyə basıb, Suriya ərazisinə növbəti həri müdaxiləyə günlər, bəlkə də saatlar qalıb. Ankara qərarında haqlıdır, Vaşinqtonun 30 min kürdü sillahlandırıb sərhəddə yerləşdirməsi istəyi birbaşa Türkiyənin ərazi bütövlüyünə təhdiddir”.

A24.Az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu yazıb.

“Ancaq iki suala cavab məni maraqlandırır. Birinci sual: Türkiyə ordusunun hücumu ötən dəfəki kimi uğurlu alınarsa buna Vaşinqtonun reaksiyası necə olacaq və ABŞ Türkiyə əleyhinə hansı açıq və gizli planlarını işə salacaq? İkinci sual: Türkiyə ordusunun Afrini nəzarət altına alması planını Rusiya necə qarşılayacaq? Əlbəttə, hələ ki, Rusiya Türkiyənin tərəfdaşıdır və Ərdoğan Putinlə telefon danışığında Kreml sahibini Türkiyə ordusunun planları barədə xəbərdar edib və ikinci buna etiraz etməyib. Ancaq Rusiya ikili oynayır. Baxmayaraq ki, ABŞ-ın kürdlərə hərbi dəstəyi Moskvanın xoşuna gəlmir, Kreml kürdlərin bir hissəsini Bəşər Əsəd rejiminin tərəfdaşı kimi qiymətləndirir və silahlı kürdlərin tamamının neytrallaşdırılması Rusiya hakimiyyətinin xoşuna gəlməyəcək. Bir də ki, ənənəvi rus-kürd yaxınlığı var ki, Moskva bu kartdan illər boru Türkiyə əleyhinə istifadə edib. Buna baxmayaraq, məntiqlə Putin Ərdoğanla razılığı amerikanların müttəfiqinə çevrilən silahlı kürdlərə qurban verməməli, Türkiyə ordusunun Suriya ərazisinə hücumunu dəstəkləməsə də, gələcək toqquşmalara gözünü yummalı, uzaqbaşı Rusiya XİN baş verənlərə nəsə yumşaq etirazını bildirməlidir”- deyə politoloq bildirib.

Qeyd: Bu gün tezdən Afrindən böyük köç başlayıb. Şəhərdə yaşayan kürdlər qaçır.

A24.Az
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ