18 Yan 11:45GÜNDƏM / ARAŞDIRMA

Uydurma “tiqranakert” ermənilərin rüsvayçılığıdır

Uydurma “tiqranakert” ermənilərin rüsvayçılığıdır

Ramiz Dəniz
Araşdırmaçı

2000-ci ildən Ermənistan Ekspedisiya, Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı, Azərbaycan abidələrinin özününküləşdirməkdə mahir saxtakar olan arxeoloq Hamlet Petrosyanın rəhbərliyi altında işğal altındakı Ağdam ərazisində, vaxtilə Qarabağ xanlarının yay iqamətgahlarının yerləşdiyi Şahbulaq yaylağına ezam edilmişdilər. Onların qarşısında mifik “böyük ermənistan” dövlətinin paytaxtı “tiqranakert”in izlərini tapmaq vəzifəsi qoyulmuşdu. Burada onlar Şahbulaq yaylağının şimal hissəsində qazıntılara başlamış və 2006-cı ildə uydurma şəhərin qalıqlarını aşkar etdikləri barədə xəbər yaymışdılar. Lakin çox keçmədən erməni arxeoloqlarının bu “kəşfi” biabırçı faktla üzləşmişdi. Məlum olmuşdu ki, ekspedisiya üzvləri qazdıqları çalalara müasir texnikanın köməyi ilə yonulmuş mişar daşları düzüblər və onları “tarixi dəlillər” kimi təqdim etmişdilər. Qazıntılarda iştirak edən xarici ölkə arxeoloqları bu biabırçı faktdan sonra ekspedisiyanı tərk etmişdilər.

Uydurma “tiqranakert” ermənilərin rüsvayçılığıdır

Özlərinin bəyan etdikləri kimi guya həmin şəhərin 1000 ildən yuxarı yaşı var və tarixdə mövcud olmayan ermənistan dövlətinin paytaxtı olubdur. Alimlər isə bilir ki, onlar indiki Türkiyənin Anadolu ərazisində məskunlaşsalar da, həmin məkana Avropa və ya Yaxın Şərq tərəfindən gəliblər. Bundan belə nəticə çıxarmaq olar ki, erməni arxeoloqlarının Qarabağ ərazisində “tiqranakert”i axtarmaq, absurd bir iş sayılırdı.
Bu sitatları “Həqiqət” romanımdan (179 səh.) istifadə etmişəm.
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ