19 Yan 12:19GÜNDƏM / VETERAN

BÖLGƏ VETERANLARI DA ETİRAZ BİLDİRİRLƏR

BÖLGƏ VETERANLARI DA ETİRAZ BİLDİRİRLƏR

Son zamanlar milli dəyərlərimizə qarşı hücumların məqsədli şəkildə çoxalması veteranlar tərəfindən müzakirə olunur. Xalq şairi Xəlil Rza haqqında iftiralar uydurmuş Kəramət Böyükçöl adlı birisinin hədyanları bölgə veteranlarımızın da ciddi narazılığına səbəb olub. AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məsələ ilə bağlı redaksiya ilə əlaqə saxlayıb veteranlar adından bu fikirləri çatdırmamızı xahiş etdi: " Son zamanlar millətin hörmətə layiq tarixi şəxsiyyətlərinə dil uzatmaq, onları aşağılamaq hallarının artması təsadüfən baş vermir. Xüsusən də şəhidlərimiz haqqında neqativ fikirlərin söylənməsi bu adamların düşmən təbliğatı və birbaşa "Şəhidlər Xiyabanını kürütməyi" planlayan erməni Fətullah Gülənin terrorçu qruplaşması ilə bağlı olduqlarını deməyə əsas verir. Adını millət vəkili qoyub bu milli dəyərlərə dil uzadanlardan tutmuş bu cızma-qaraçılaradək hər kəs həddini bilməlidir. Kəramət Böyükçölün X. Rzanı milli ədavəti qızışdırmaqda ittiham etməsi və oğlu Təbrizi də bunun qurbanı olmasını deməsi içimizdə bəslədiyimiz erməni təbliğatının görüntüləri və siqnalları sayılmalıdır. Bu günlərdə 220 saylı məktəbin müəllimi Rövşən Əzizov adlı birisinin paytaxtda aşikar erməni dəyirmanına su tökməsi və bu hadisənin eyni bir məğzi var. Guya biz ermənilərə qarşı millətçilik edib bu hadisələri başlamışıq. Belə hallara aidiyyatlı orqanlar göz yummamalıdırlar. Düşmən belə adamların fikirlərini göydə qparaq öz təbliğat işlərində istifadə edir. Həqiqətən də düşmən bu istiqamətdə ciddi iş aparır və bu işin qarşısını birgə səylə almalıyıq. Hətta bu işə rəvac verənlər arasında əlillərə, veteranlara və şəhid ailələrinə qarşı öz mənfi davranışları ilə ad çıxarmış məmurlar da var. Bu şəxslər də araşdırılmalıdır. Müharibə şəraitində və hətta torpaqları işğalda olan bir ölkədə belə hallar yolverilməzdir. Xahiş edirəm bizim etirazlarımızı çatdırın. Belə insanlar üçün milli dəyər anlayışı yoxdur".

AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov bizimlə söhbətdə bildirdi ki, bu cür hallar bölgə veteranları tərəfindən çox pis qarşılanır. Mövcud kütləvi informasiya vasitələri hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə ciddi diqqət ayırmalıdır. Ölkə Prezidenti dəfələrlə öz çıxışlarında buna diqqət yetirməyi tövsiyyə edib. Belə çıxır ki, bu adamlar ölkə rəhbərinin mövqeyinə qarşı çıxırlar?

Həqiqətən də bu sahəyə ciddi diqqət yetirilməlidir. Bu sahədə dövlət dəstəyiylə həyata keçrilən layihələr artırılmalıdır.

Elnur Səlim
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ