22 Yan 01:16GÜNDƏM / QARABAĞ

Rusiyadan Qarabağla bağlı ilk addım – YENİ TƏKLİF

Rusiyadan Qarabağla bağlı ilk addım – YENİ TƏKLİF

Rusiya MDB formatını yenisi ilə əvəzləməyə çalışır.

FEDAİ.AZ bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, bunun səbəbi Rusiyanın MDB formatı çərçivəsində məqsədlərinə nail ola bilməməsidir:

“MDB formatı demək olar ki, öz qüvvəsini itirib. Həmin format 20 il bundan öncə Moskvaya imkan verirdi ki, bu məkanada müəyyən cari siyasətini həyata keçirsin. Ancaq hazırda prioritetlər, Rusiyanın postsovet məkanında əldə etmək istədiyi məqsədlər dəyişilib. Ona görə də Rusiya MDB formatını yenisi ilə əvəzləməyə çalışır. Bu yeni format isə Avrasiya İttifaqıdır. MDB-dən fərqli olaraq bu formatda konkret mexanizmlər, ümumi bazar və gömrük sistemi mövcuddur. Moskva da hər vəchlə digər MDB ölkələrini buraya cəlb etməyə çalışır. Lakin üzv qismində bir sıra ölkələr bu formatda iştirak etməkdən ehtiyat edirlər. Belə vəziyyətdə də əlbəttə ki, Rusiya yeni təkliflər irəli sürməyə məcburdur. MDB ölkələrinin müşahidəçi qismində Avrasiya İttifaqında iştirakı etməsi də bu təkliflərin sırasındadır”.

Politoloq vurğulayıb ki, Avrasiya İttifaqında müşahidəçi qismində iştirak, əslində, tərəflərin üzərinə konkret şərtlər qoymur:

“Azərbaycan da müşahidəçi qismində şərti olaraq ittifaqda iştirak edə bilər. Lakin Azərbaycanın xarici siyasətinin əsas prioriteti Dağlıq Qarabağ məsələsinin tənzimlənməsidir. Əgər hər hansı bir inteqrasiya layihəsində iştirak Azərbaycana Qarabağ münaqişəsinin tənzimlənməsində əngəllər yaradarsa, Bakı əlbəttə ki, orada iştirak edə bilməz. MDB-dən fərqli olaraq Avrasiya İttifaqında şərtlər konkretdir, üstəlik, Ermənistan da orada yer alır. Məsələn, Azərbaycan və Ermənistanın MDB-də üzvlüyü tərəflərin üzərinə heç bir məsuliyyət qoymur. Ancaq Avrasiya İttifaqına üzv olacaq ölkələr konkret məsuliyyət götürməlidir. Azərbaycan isə heç vaxt buna getməz. Çünki münaqişə vəziyyəti hökm sürür, Ermənistanla nə rəsmi, nə qeyri-rəsmi münasibətimiz var. İrəvanla yeganə münasibətimiz Minsk Qrupu formatı çərçivəsindədir və bu da bəlli səbəblərə görədir”.

Ekspertin sözlərinə görə, əgər vəziyyət dəyişməsə, Azərbaycan Avrasiya İttifaqında iştirak etməyəcək:

“Rusiya bunu çox yaxşı başa düşür. Ona görə də Sergey Lavrov son vaxtlar Minsk Qrupu çərçivəsində fəal siyasət sərgiləməyə başlayıb. Bu onu göstərir ki, Rusiya münaqişəni heç olmasa şərti olaraq sıfır nöqtəsindən çıxarmağa və bununla öz məqsədlərinə nail olmağa çalışır”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrini Avrasiya İttifaqında müşahidəçi olmağa dəvət edib. Putin Rusiyanın Avrasiya İttifaqına vacib regional inteqrasiya birliyi kimi yanaşdığını söyləyib.
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ