ABŞ bu dəfə də terrorçu kürdlərdən istifadə etdi » Fedai.az


0

ABŞ bu dəfə də terrorçu kürdlərdən istifadə etdi

Görünüm: 343
ABŞ bu dəfə də terrorçu kürdlərdən istifadə etdi
ABŞ Yaxın Şərqdə öz imperialist maraqlarının təmini üçün kürd toplumundan istifadə edir. Asanlıqla tələyə düşən kürd toplumu get-gedə bölgədə arzuedilməz topluma çevrilməkdədir. ABŞ terror kontonu yaratma planını TSK yerlə bir etməyə qərarlıdır. Beynəlxalq imperialist dairələr və ona tabe olanlar artıq səslərini çıxartmağa başlayıblar. Hər kəs yaxşı bilir ki, PKK terror təşkilatı madam Avropanın "döşlərindən əmdiyi" südə görə mələyir. ABŞ da Şərqdə sıxışınca son sığınacaq yeri kimi terrorçuların düşərgəsinə sığındı. Suriya ilə hesabı üzə bilmədiyinə görə BOP adlı lan bu gücləri xəyal qırıqlığına uğratmaqdadır. Öncə Türkiyənin ədalətli qərarına qarşı Əsədi qıcıqlandırmağa çalışan güclər öz ümidlərini Rusiyaya bağladılar. Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "Daxil olan məlumata əsasən yanvarın 20-də Türkiyə Suriyanın şimal-qərbindəki Afrin bölgəsində güc tətbiqinə başlayıb. Türkiyə ordusunun Baş Qərargahı bildirib ki, türk hərbçiləri Suriya kürd "Demokratik İttifaq” Partiyasının silahlılarının provokativ atəşlərinə cavab olaraq Suriya kürdlərinin mövqelərini atəşə məruz qoyub. Bu məlumat Moskvada narahatlıqla qarşılanıb. Vəziyyətin inkişafını diqqətlə izləyirik. Rusiya Suriyada bu ölkənin ərazi bütövlüyünün qorunmasına, suverenliyinə hörmətə əsaslanan və BMT TŞ-nin 2254 saylı qətnaməsinə, eləcə də Astana prosesində deeskalasiya zonalarının yaradılması barədə əldə olunan razılaşmalara uyğun çözümün axtarışı üzrə davamlı mövqeyinə sadiqdir.
ABŞ bu dəfə də terrorçu kürdlərdən istifadə etdi
İŞİD-in simasında beynəlxalq terrorizmin hərbi-siyasi ocağının darmadağın edilməsindən və Suriyadan Rusiya qoşunlarının önəmli hissəsinin çıxarılmasından sonra bu ölkədə qalan rusiyalı hərbçilərin əsas məqsədi deeskalasiya zonalarında atəşkəs rejiminin təmin olunmasından ibarətdir”. Rusiya öz rəsmi bəyanatında bu hərəkatın onun planlarına heç bir əkslik təşkil etmədiyini bəyan edincə və Türkiyə Suriya tərəfə yazılı müraciət etdiyini bəyan etdikdən sonra ABŞ əlacsızcasına və cılız şəkildə PKK-nın cinayətkar rəhbərlərini ortaya minətçi salıb. PKK terror təşkilatı rəhbərlərindən olan Murat Karayılan Rusiyanın ortaya daxil olaraq, Türkiyənin Afrin əməliyyatına əngəl olmasını istəyibTerrorçu quldurların başçısı Karayılan Rusiyadan hava əməliyyatlarını aparmaq üçün Türkiyəyə icazə verməməsini xahiş edib. Bu, həm də o deməkdir ki, artıq Qəndil də qorxu içindədir.
ABŞ bu dəfə də terrorçu kürdlərdən istifadə etdi
Xatırladaq ki, Türkiyə Afrin əməliyyatından əvvəl Rusiya hökumətinə xəbərdarlıq edərək, bölgədəki S-400 hava hücumundan müdafiə sistemlərinin bağlanmasını tələb eləmişdi.
Dünən isə, Suriyanın şimalında yerləşən, hazırda PKK/PYD terrorçularının əlində olan və Türkiyənin əməliyyat keçirməyi planlaşdırdığı Afrin şəhərindəki 178 nəfər Rusiya hərbçisinin əraziləri tərk edərək, Afrinin şimalına çəkiləcəkləri xəbəri yayılmışdı...
Türkiyə bu yaranmış hərbi - strateji durumu ciddi qiymətləndirə bilsə terrorçularla bir yolluq vidalaşa biləcəkdir. Artıq Fransa kimi terror dəstəkçisi olan ölkələr əməliyyatın dayandırılması üçün BMT-nin növbədənkənar toplantısının çağrılmasınıa qurumun nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq nail olub. Lakin ərazinin üzərində təsbit olunmuş hakimiyyəti olan tərəf bu əməliyyat əleyhinə bəyanat verməyib. Terrorla mübarizəni prioritet kimi qəbul etmiş Qərbin bu cür bəyanatları əslində özlərinə qarşı yönəldilə bilər. Çünki bölgədəki terrorçu PKK, PJD, PYJ və İŞİD kiimi qrupları rəsmən terrorçu qruplar kimi tanıyan istənilən dövlət Türkiyəni dəstəkləməyə məcburdur və əks halda terroru dəstəkləyən bir duruma düşə bilər.
ABŞ bu dəfə də terrorçu kürdlərdən istifadə etdi
Əməliyyatın yüksək səviyyədə hazırlanması da diqqətlərdən yayınmır. Qəhrəman Türk ordusu bir daha dünyaya öz əzələsini nümayiş etdirə bildi və hər kəs anladı ki, bu güc qarşısında "oğurluğa alışmış anbar siçovulları kimi" mürəkkəb siyasi durumda olan Yaxın Şərqdə at oynatmaq olmaz.
Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın YPG/PYD/PKK terror təşkilatının işğalı altında olan Afrin bölgəsində başladılan "Zeytun budağı" əməliyyatı bir çox məqamları ilə dünyanın diqqətini çəkməkdədir.

Eyni vaxtda 72 hərbi təyyarə ilə başladılan əməliyyat zamanı əvvəlcədən müəyyən edilən 113 hədəfdən 108-i dəqiqliklə vurulub. Türkiyəli terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar tarixi əməliyyatın bəzi maraqlı detallarını açıqlayıb.
O bildirib ki, Afrində 72 döyüş təyyarəsi ilə həyata keçirilən əməliyyatın bənzəri yaxın tarixdə görülməyib:
ABŞ bu dəfə də terrorçu kürdlərdən istifadə etdi
"Buna yaxın son əməliyyat 2007-ci ildə İraqın şimalında gerçəkləşmişdi. Onda hücuma 50 təyyarə qatılmışdı. 113 hədəfdən 108-nin dəqiqliklə vurulması tarixi bir rekorddur. Bu hədəflərin 95.57 faizinin məhvi deməkdir. Bu rekordun dünyada bənzəri yoxdur. Türkiyə öz keçmiş hərbi əməliyyatları ilə yarışır". A. Ağar həyata əməliyyatın Türk milləti üçün qürur mənbəyi olduğunu söyləyib: "Millətimizin övladları milllətimizin silahlarından baxın necə istifadə edirlər".
Məsələnin məğzində ABŞ - ın bölgədə İŞİD-ə qarşı başqa terrorçulardan 30 minlik bir dəstə yaratmaq istəyi durduğu bəllidir. Lakin ABŞ Türkiyənin onu əməliyyat barədə məlumatlandırdığını söyləsə də əməlləri heç də onun səmimi olmadığını göstərir. Bunu BMT Təhlükəsizlik şurasının sabahkı toplantısında aydın görəcəyik...

Fedai.az Araşdırma Qrupu
Yanlış Bağlantı Var?

Sorun Çözümü CTRL+ENTER.
В görünen pencere , sorunu tanımlamak ve Yönetim kaynağı gönderin.

Yorum:0



YORUM EKLE

Kodu Girin:*

Hüququ

Əlaqe

E-mail : fedaiaz.fedaiqezeti.94@bk.ru
Unvan : R.Quliyev Kucesi Ev 2
Telefon : +994513146060
Telefon 2: +994553343903
Telefon 3: +994773146060
Redaktor : Elnur Selimov

Müəllif hüquqları qorunur. Fedai.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.