Vergilər nazirinə yeni müavin təyin edildi - Mətin Eynullayev kimdir... - DOSYE » Fedai.az


0

Vergilər nazirinə yeni müavin təyin edildi - Mətin Eynullayev kimdir... - DOSYE

Görünüm: 331
Vergilər nazirinə yeni müavin təyin edildi - Mətin Eynullayev kimdir... - DOSYE















Təhsil nazirin müavini vəzifəsindən azad edilən Mətin Eynullayev Vergilər Nazirliyində yüksək posta aparılıb. Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə Mətin Eynullayev vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Bu barədə Modern.az-a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Mətin Balasən oğlu Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub.
1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

“Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.

2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Dövlət qulluğunun kiçik müşaviridir. Azərbaycan Prezidentinin 2017-ci il 11 yanvar tarixli sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. Ölkə başçısının 2018-ci il 17 yanvar tarixli sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsində çalışır.
Yanlış Bağlantı Var?

Sorun Çözümü CTRL+ENTER.
В görünen pencere , sorunu tanımlamak ve Yönetim kaynağı gönderin.

Yorum:0



YORUM EKLE

Kodu Girin:*

Hüququ

Əlaqe

E-mail : fedaiaz.fedaiqezeti.94@bk.ru
Unvan : R.Quliyev Kucesi Ev 2
Telefon : +994513146060
Telefon 2: +994553343903
Telefon 3: +994773146060
Redaktor : Elnur Selimov

Müəllif hüquqları qorunur. Fedai.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.