23 Yan 10:30GÜNDƏM / POEZİYA

Mən harayam, səssiz "Yanıq Kərəmi"...

Mən harayam, səssiz "Yanıq Kərəmi"...
Nariman Qahramanli

Bu dünyadan səsim gəlir hələ də,
Nə inilti, nə yalvarış, nə qarğış.
Nə vergüləm, nə nöqtəyəm cümlədə,
Tale bəlkə siyahıdan çıxarmış...

Öz cümləmin mübtədası deyiləm,
Xəbərində nəfəsimi kəsiblər.
Nə tamamlıq, nə təyinə əyilən,
Sual, nida mənnən daha küsüblər...

Bir cümləmin budağında meyvəsiz,
Çiçək açdım, zaman tökdü barımı.
Defis,tire, gəl döyüşək, mən və siz,
Mötərizə bilir ürək ağrımı.

Ağzı yanmış bir dilucu hənirti,
Pıçıltıya dəyişmişəm nərəmi.
İçimdəki mənanı dərd gəmirdi,
Mən harayam, səssiz "Yanıq Kərəmi"...


Mən harayam, səssiz "Yanıq Kərəmi"...
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ