24 Yan 00:58GÜNDƏM / DÜNYA

Türkiyə və Rusiya prezidentlərinin telefon danışığı olub

Türkiyə  və  Rusiya prezidentlərinin telefon danışığı olub
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı olub. FEDAİ.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, prezidentlər Türkiyə ordusunun Suriyanın Afrin bölgəsindəki əməliyyatını və Soçidə 29-30 tarixlərində Suriya üzrə milli dialoq konqresinə hazırlıq işlərini müzakirə ediblər.

“Ərdoğan əməliyyatın Türkiyənin milli təhlükəsizliyinin təmin olunmasına və Afrinin PYD, YPG və İŞİD terror qruplaşmalarından azad edilməsinə yönəldiyini bildirib. Prezident əməliyyatın Suriyanın siyasi vahidlik və ərazi bütövlüyünə töhfə vermək nöqteyi-nəzərdən əhəmiyyətini vurğulayıb. Ərdoğan Rusiya ilə Suriyaya dair əməkdaşlığa və əlaqələndirməyə böyük əhəmiyyət verdiyini qeyd edib. Liderlər Soçidə Suriyada siyasi nizamlanmaya yol aça biləcək milli dialoq konqresinin keçirilməsi üçün birgə səy göstərməyi davam etdirməyə hazır olduqlarını vurğulayıblar”, - deyə məlumatda bildirilir.
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ