24 Yan 02:05GÜNDƏM / VETERAN

ŞƏHİD QƏHRƏMANIN BÜSTÜNÜN AÇILIŞI OLDU

ŞƏHİD QƏHRƏMANIN BÜSTÜNÜN AÇILIŞI OLDU
Bu gün Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin Nəqliyyat fakültəsində "Azərbaycan Bayrağı" ordenli şəhid Altay Sarıkişiyevin büstünün açılış mərasimi keçirildi. Tədbirdə Universitet və fakültə rəhbərliyi, millət vəkili F. Qasımova, Yasamal rayon YAP təşkilatının sədri T. Əhmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri F. Rzaquliyev, şəhidin döyüş yoldaşları, jurnalistlər, şəhidin atası, anası və ailə üzvləri, tələbələr iştirak edirdilər.

Tədbirdə çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, memarlıq doktoru, əməkdar memar Gülçöhrə xanım Məmmədova qəhrəman döyüşçünün tələbəlik və döyüş həyatından, onun qəhrəmanlığının gənc nəslə bir nümunə olmasından danışdı. Millət vəkili Flora Qasımova da Qarabağ uğrunda vuruşaraq canlarından keçən qəhrəmanları bu cür yad edilməsinin vacibliyini qeyd etdi. Şəhid atası, müharibə veteranı Vaqif Sarıkişiyev öz çıxəışında bu vətənpərvər və xeyirxah əməl üçün təşəbbüs göstərənlərə şəhidin ailəsi adından öz minətdarlığını bildirdi.
Qəhrəman döyüşçümüz haqqında geniş məqalə hazırlanır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

E. Səlim


ŞƏHİD QƏHRƏMANIN BÜSTÜNÜN AÇILIŞI OLDU
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ