25 Yan 01:18GÜNDƏM / QARABAĞ

Dilqəm və Şahbazın işgəncə verildiyi şəkillər AŞPA-da nümayiş olundu

Dilqəm və Şahbazın işgəncə verildiyi şəkillər AŞPA-da nümayiş olundu
















Millət vəkili Qənirə Paşayeva AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı Ermənistanın törətdiyi vəhşiliyin fotolarını nümayiş etdirib və Nazirlər Komitəsinin yeni sədrini onların azadlığa buraxılması üçün addımlar atmağa çağırıb.
Fedai.az "ölkə.az"a istinadən xəbər verir ki, bu gün AŞ Nazirlər Komitəsinin yeni sədri, Danimarkanın xarici işlər naziri Andres Samuelsen AŞPA-da çıxış edib və millət vəkillərinin suallarını cavablandırıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Assambleyada Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülmə fotolarını, Ermənistanın onlara qarşı göstərdiyi vəhşiliyi nümayiş etdirən fotoları nümayiş edib və Nazirlər Komitəsi qarşısında Ermənistanın qeyri-qanuni olaraq girov saxladığı, işgəncə verdiyi və beynəlxalq çağırışlara da məhəl qoymayaraq azad etmədiyi Diqəm Əsgərov və Şahbaz Quliyev məsələsini və rəsmi İrəvanın AŞPA qətnamələrinə də məhəl qoymayaraq öz evlərinə dönmələrinə izn vermədiyi azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulan insan haqlarını qaldırıb və sualla müraciət edib: ”Nazirlər Komitəsinin yeni sədri kimi neçə aylardır, Ermənistanın qanunsuz olaraq girov saxladığı 2 azərbaycanlının, Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi istiqamətində onların ailəsi sizdən dəstək gözləyir. Bu istiqamətdə hansı addımlar atacağınızı gözləyə bilərlər? Eyni zamanda 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması səbəbindən 25 ildir, öz evlərinə dönə bilmirlər. Bir sədr kimi sizdən də dəstək gözləyən bu insanlara buradan nə söyləmək istərdiniz?”

Bu münaqişə ilə bağlı vasitəçilik ATƏT-in Minsk Qrupunun səlahiyyətləri daxilindədir deyən AŞ Nazirlər Komitəsinin yeni sədri, Danimarkanın xarici işlər naziri Andres Samuelsen bildirib ki, Avropa Şurası tərəflər arasında sülh üçün zəruri olan inam şəraitinin formalaşmasına dəstək ola bilər.
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ