SUMQAYIT VETERANLARINDAN TÜRK ORDUSUNA DƏSTƏK » Fedai.az


0

SUMQAYIT VETERANLARINDAN TÜRK ORDUSUNA DƏSTƏK

Görünüm: 372
SUMQAYIT VETERANLARINDAN TÜRK ORDUSUNA DƏSTƏK
Türk Ordusunun uğurla davam edən Afrin əməliyyatı keçmiş döyüşçülər tərəfindən maraqla və həyəcanla izlənilir. Müharibə veteranları Türk əsgərinin bu əməliyyatdan müzəffər kimi dönəcəyinə inanırlar.

Redaksiyamıza təşrif buyuran AVMVİB Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyya Rəhimov onun fikirlərini türk qardaşlarımıza çatdırılmasını istədiyini söylədi. O, dedi: "Türkiyənin başladığı əməliyyat beynəlxalq hüquq normalarına tam uyğundur. Fransa kimi terror dəstəkçisi olan bir dövlətin bu günlərdə BMT Təhlükəsizlik Şurasının növbədənkənar toplantısını çağırmasına cavab olaraq bildirim ki, Qarabağda mülkü əhaliyə və Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı müharibəyə başlayan ilk terrorçu legionu, məhz Fransanın siyasi elitası yola salmışdı. Bu gün Qarabağ seperatizmini və terrorizmini dəstəkləyən ölkələrdən biri olan Fransada separatçı və terrorçu rejimin nümayəndəliyi fəaliyyət göstərir. Türk və müsəlman xalqları Türkiyəyə öz dəstəklərini açıq şəkildə göstərməkdən çəkinməçməlidirlər. Dünyanı öz dəqiqliyi ilə heyrətdə buraxan türk pilotlarımızın vurduğu 108 hədəfdə cəmləşən terrorçular və silahlar, bölgə müsəlmanlarının qanının axıdılması üçün yığılıb. ABŞ-a köpəklik edən PKK-PYD və bunlara bənzər gücləri yox etməyin tək yolu budur. Ərazi dövlətləri eyni şəkildə öz sərhədləri hüdudlarında və konvensiyaya uyğun məsafələrdə terror dəstələrinin kökünü kəsməyə start verməlidir. Bir keçmiş döyüşçü kimi, belə əməliyyatlarda bir əsgər kimi türk bayrağı altında döyüşməyə və terrorçuları məhv etməyə haırıq. Bu təkcə mənim deyil, tanıdığım bütün döyüşçü dostlarımın, o cümlədən Sumqayıt veteranlarınnın yekdil fikirləridir. VUR, ƏSGƏR, VUR! Qələbə sənin olacaq.

Hazırda erməni-rus mətbuatının yaydığı dezinformasiyalara öz saytlarımızda da rast gəlmək olar. İtkilərimiz barədə bu yanlış məlumatları yayanlar, Aprel döyüşləri zamanı da eyni ampulada idilər. Bu faktoru diqqətdə saxlamaq lazımdır ki, bunlar düşmənin içimizə sızdırdığı xainlərdir. İnanırıq ki, qəhrəman Türk Ordusu, nəinki bölgənin, həm də tarixin bu iyrənc gedişatını dəyişəcək"...

E. Səlim


SUMQAYIT VETERANLARINDAN TÜRK ORDUSUNA DƏSTƏK

SUMQAYIT VETERANLARINDAN TÜRK ORDUSUNA DƏSTƏK

SUMQAYIT VETERANLARINDAN TÜRK ORDUSUNA DƏSTƏK
Yanlış Bağlantı Var?

Sorun Çözümü CTRL+ENTER.
В görünen pencere , sorunu tanımlamak ve Yönetim kaynağı gönderin.

Yorum:0



YORUM EKLE

Kodu Girin:*

Hüququ

Əlaqe

E-mail : fedaiaz.fedaiqezeti.94@bk.ru
Unvan : R.Quliyev Kucesi Ev 2
Telefon : +994513146060
Telefon 2: +994553343903
Telefon 3: +994773146060
Redaktor : Elnur Selimov

Müəllif hüquqları qorunur. Fedai.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.