25 Yan 00:30GÜNDƏM / QARABAĞ

Ermənistanın Qarabağı qaytarmaq istəyən yeni prezidenti

Ermənistanın Qarabağı qaytarmaq istəyən yeni prezidenti
Serj Sarkisyanın 7 ən ağır günü

Ermənistan parlamentinin vitse-spikeri Arpine Hovannisyan Ermənistanın yeni baş nazirinin seçim tarixini açıqlayıb.

İstiPress-in İrəvanda dərc olunan "Hayos Aşxar" ("Erməni dünyası ") qəzetinə istinadən verdiyi məlumata görə, Ermənistanın yeni dövlət başçısı - baş nazir aprelin 17-də saat 12-dən sonra seçiləcək.

Yeni prezidenti də parlament seçəcək və bu, aprelin 9-da baş verəcək. Həmin gün Sarkisyanın prezident səlahiyyətləri dayanacaq və onun öz yerinə namizədi də artıq məlumdur. Bu, Ermənistanın Böyük Britaniyadakı səfiri Aram Sarkisyan olacaq.

Ermənistanın Qarabağı qaytarmaq istəyən yeni prezidentiEkspertlər Aram Sarkisyanı siyasətdən uzaq adam sayırlar. O, Kembric və İrəvan universitetlərində müəllim işləyib. 1992-ci ildən diplomatik sahədə çalışır. Avropa Birliyində, Belçikada, Niderlandda, Vatikanda, Lüksemburqda səfir olub. O, 1997-ci ilin əvvəlinə kimi üç ay müddətinə Ermənistanın baş naziri də olub.

Amma Serj Sarkisyanın da daxil olduğu Qarabağ klanı onu vəzifədən getməyə məcbur edib və baş nazir vəzifəsini hərbi çevriliş yolu ilə Robert Koçaryan tutub. Robert Koçaryan daha sonra prezident Levon Ter-Petrosyanı da hakimiyyətdən getməyə məcbur edib. Həmin vaxt hərbçilərin həm Aram Sarkisyanın, həm də Levon Ter-Petrosyanın üzərinə hücumu onların Qarabağdan Ermənistan qoşunlarını çıxarmaq istəyi ilə bağlı idi.

Həmin komanda heç bir şərt qoymadan 5 rayondan Ermənistan qoşunlarını çıxarmağa qərar vermişdi. Daha sonra Dağlıq Qarabağın statusu məsələsinə baxılacaqdı. Bu çərçivədə Bakıdan Ceyhana çəkilməsi nəzərdə tutulan neft kəməri, həmçinin Avropaya çəkilməsi nəzərdə tutulan qaz kəməri də Ermənistandan keçəcəydi.
Ermənistanın Qarabağı qaytarmaq istəyən yeni prezidenti
Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli
Bu, Ermənistanı Rusiya asılılığından qurtararaq Qərb dünyasına qovuşdura bilərdi və bu ölkənin dövlət müstəqilliyi çox möhkəmlənərdi. Yəni Aram Sarkisyan və Levon Ter-Petrosyanın o vaxtkı istəyi baş tutsaydı, Ermənistan indi Avrasiya İttifaqının yox, NATO-nun üzvü idi və Rusiyanın yox, Türkiyənin strateji tərəfdaşı idi. Buna görə qərbçi Aram Sarkisyanın prezidentliyə namizəd kimi göstərilməsini Serj Sarkisyanın hakimiyyəti dinc yolla qərbçilərə ötürməsi kimi dəyərləndirmək olar.
Ermənistanın Qarabağı qaytarmaq istəyən yeni prezidenti
Aram Sarkisyan baş nazir olan zaman - 1997-ci il
Lakin bu, belə deyil və əksər ekspertlər Aram Sarkisyanın prezidentliyini İngiltərə kraliçasının hakimiyyəti ilə eyniləşdirirlər. Yəni Aram Sarkisyanın prezidentliyi sadəcə formal bir şey olacaq. Əslində, bu formal prezidentlik qərbçiləri sakitləşdirmək üçündür, hakimiyyət isə Rusiyanın adamı olan baş nazirin əllərində cəmlənəcək və böyük ehtimalla həmin baş nazir Serj Sarkisyan olacaq.
Rusiya onun baş nazir olmasına qərar verib və əksər rus ekspertləri Sarkisyanın piarı ilə məşğul olurlar, özü də təkcə Rusiyada yox, həm də Ermənistanda. Məsələn, rusiyalı politoloq Modest Kolerov Ermənistanda dərc olunan “Joxovurd” qəzeti ilə müsahibəsində apreldə baş nazirin mütləq Serj Sarkisyan olacağını bildirir. Erməni politoloq Levon Şirinyan “Lragir”ə müsaşhibəsində Serj Sarkisyanın baş nazir seçilməsinə yalnız fors-majorun mane ola biləcəyini bildirib. Həmin fors-major kimi o, ictimai təzyiqin nəticəsində Rusiya ordusunun Ermənistanı tərk etməsini göstərib ki, bu da çox inanılan deyil.

Amma Ermənistanda 9-dan aprelin 17-ə kimi bir hakimiyyətsizlik dövrü başlayır ki, “Lragir”in baş redaktoru Haykazn Qaqriyan fors-majorun həmin günlərdə baş verə biləcəyəni güman edir. Qaqriyan bu barədə yazdığı “Sarkisyanın 7 ağır günü: çevrilişi kabusu” məqaləsində vurğulayır ki, 1995-ci ildən Qarabağ klanının qoyduğu ənənə sayəsində Ermənistanda hakimiyyət yalnız çevriliş nəticəsində dəyişir. Yəni həmin 8 gün ərzində Ermənistanda çevriliş olması üçün yetərincə əlverişli şərait var.
[/b]
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ