25 Yan 01:37GÜNDƏM / Köşə

QORXMAYIN, BİZDƏ BÜLBÜLLƏR DƏ, QARĞALAR DA, HƏTTA SƏRÇƏLƏR DƏ ERMƏNİNİ SEVMƏYƏ BAŞLAYIBLAR...

QORXMAYIN, BİZDƏ BÜLBÜLLƏR DƏ, QARĞALAR DA, HƏTTA SƏRÇƏLƏR DƏ ERMƏNİNİ SEVMƏYƏ BAŞLAYIBLAR...
Xaqani Ədəboğlu

Bu dəfə Rusiya səfirimiz öz mübhəm erməni sevgisini dilə gətirdi: “Azərbaycanda erməniləri düşmən kimi qəbul edən yeni nəsil yetişir. Buna imkan verməməliyik”.
Bu günki başbilənlərimizin, prezident istisna olmaqla, bəyanatlarından bircə anladığım odur ki, sən demə bizim düşmənimiz erməni xalqı deyilmiş. Qarabağı xarabazara çevirən o separatçı terrorçuları da erməni anaları doğmayıbmış. Onlar tülkü yuvalarından çıxıblarmış. Əsrlərcə yaratdığımız milli-mədəni sərvətlərimizi talan edənlərin heç biri də erməni deyilmiş. Onların da çoxunun dədələri bilinmədiyinə görə bic yazdırılıbmış. Xocalı soyqırımını da törədənlərin çoxu erməni-zad deyilmiş, çoxu elə Qulamalının qaynı-zad imişlər. 20 min insanımızı şəhid, 1 milyon insanımızı qaçqın və köçün, 20 faiz torpağımızı və 822 yaşayış məntəqəsini əsarətdə saxlayanlar, yağmalayanlar da erməni xalqı deyilmiş. Elə bizim Haykanuş dödənin qohumları imişlər. Tariximizə və maddi-mənəvi miraslarımıza iddia edənlər də erməni xalqı deyilmiş. 1905-1918 –ci il qırğınlarını törədənlər də erməni xalqı deyilmiş. Onlar da "bizim" Siranuşun babaları imişlər. Əlbəttə ki, erməni südü əmən onu düşmən saymaz. Erməni haxçığının çömçəsindən "zəhərlənən" də onu düşmən bilməz. İllərdir ki, erməni əsillilərin və etnik kimliyi şübhəli olanların əməllərinin yoxlanmasını bir vətəndaş kimi tələb edirik. Lakin bunlar günbəgün aşkar həyasızlıqla bu xalqdan qisas almağa çalışırlar. Kimdir bizim düşmən? Heç olmasa, ölüm qabağı bizə düşmənimizi tanıdın...

Bu xalq bu gün boynuna kəndir keçirilmiş bir edam məhbusu tək ayağı altındakı kətili varacaq adamı gözləyənlər kimi Qarabağın azad olunacağı günü gözləyir. Bunlar da bizə düşməni sevməyi öyrətməyə çalışırlar. 11-12 yaşlı qızlarınızı zorlayanlar sizin düşməniniz deyil, amma bizim düşmənimizdi. Xanım-xatun bacılarınızı seks köləsinə çevirənlər, sizin düşməniniz deyil, amma bizim düşmənimizdir. Diri-diri xanımlarınızın bətnindən parçalayaraq körpə çıxaranlar, sizin düşməniniz deyil, amma bizim düşmənimizdir. Kim deyir ki, bir xalq düşmən ola bilməz? Özü də öz körpəsinə ilk anlatdığı “Tork duşman” və hər doğulacaq türkü düşmən elan edən bir xalq düşməniniz deyilsə, sizlər öncə türk, sonra da İslam ümməti deyilsiniz. Söyləyin düşməniniz kimdir, deyin, rədd olub gedək...
Bir xalqı tarix səhnəsindən silməyə çalışırlar. Bu günündə də millət öz gününə lağ-lağılar qoşur. Buna lətifə demək olmaz, bu bir xalqın öz taleyinə dediyi bir ironik ağıdır: “Bölgələrdən birinə başçı təyin olunan məmurdan 5-6 ay sonra vəziyyəti soruşurlar. Deyir ki, təkcə bu yerli xalq omasaydı, hər şey lap əla olardı”. Başımızda bu bəlalar varkən, bizlər ermənini sevməyə bilərikmi?

Qorxmayın! Erməni pisliklərini yaxşı bilən döyüşçülər ermənilərin ideoloji istəyinə uyğun olaraq sürətlə vəfat edirlər. Sıralarımız seyrəlir. Bilirəm biz olmayandan sonra "yetişdirilmiş parnik şitilləri" ermənilərlə belə gizli deyil, aşkarcasına sevgi yaşayacaqlar. Yoxsa terrorla, sadomistlərlə şübhəli əlaqələrini dünya bilən erməni kilsəsinə pulsuz qaz verən adamımız, üzdəniraq Monte Melkonyanın terrorçular yetişdirən mərkəzinə niyə pulsuz qaz verə bilməsin? Bilirəm çoxunuza bunu dövlət siyasəti adıyla pərçimləyirlər. Dövlət də adam kimidir. Adam onu zora məruz qoyana pay-püşt verirsə, beləsinə el arasında nə deyərlər? Mən hələ satılan yanacaq, digər enerji resurslarından xəbərsiz birisiyəm. Yadıma bir cəbhə xatirəsi düşdü. Bir gün bir qəhrəman döyüşçümüz mənə dedi ki, filankəs deyirdi, Xaqani olmasa ermənilərin bizim kəndlə işləri olmaz. Bu gün baxıram ki, elə o vaxtkı kimi hamı deyir: “Səndən başqa adam yoxdur?” Düşməni və ona maşalıq edənləri görməzdən gələnləri, başının milçəyini qoruyub Vətəni leşə çevirənləri olmaz olsun. Məndənmi qorxursunuz?

Qorxmayın! Ölkəmizdə erməni Fətulla 24 ildir ki, hər gün 24 saat ermənini sevmək təbliğatıyla məşğul olub. Tam sayını bilmədiyimiz bir nəsil yetişdirilib. Hətta bu illər ərzində Gürcüstanda bu nəslin oğlanlı-qızlı hər üzünə beynəlmiləlçi görüşləri təşkil edilib. İstəyən gedib yoxlasın. Yoxsa bu günlərdə 13 yaşında yetim qıza ermənilərə məxsus “Taraz” libası geydirib erməni kilsəsi yanında şəkil çəkdirən pedofil Roşan adlı birisindənmi qorxursunuz?

Qorxmayın! Bizdə hər yaz durnalar da, qaranquşlar da o tərəfə uçub gedirlər. Bizdə bülbüllər də, qarğalar da, hətta sərçələr də erməniləri sevərlər. Sərhəddən ayağını o üzə qoyanın ilk partnyoru, sahəsindən asılı olmayaraq erməni olar. Amma bir səfirimizdən Qarabağlı kimi bir iltimasım var. Bizim ermənisevərlər tez-tez deyirlər ki, Qarabağın açarı Rusiyanın əlindədir. Açarı ala bilmədiyimizə görə, bəlkə deyirəm, ya qapını, ya da ki, kilidi (zamoku) dəyişək? Bilirəm, rus qapısı baha olar. Heç olmasa bir ucuz rus kilidi alıb bizə göndərin. Amma biz erməni sevməyənlərin Atasının belə bir deyimi var: “Erməni sevərləri” içəridə olan qapı kilid saxlamaz”.
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ