29 Yan 12:48GÜNDƏM / QARABAĞ

Qarabağ qazisi vəfat edib - Atası şəhid, qardaşı şəhid və Azərbaycanın Milli Qəhrəmanıdır

Qarabağ qazisi vəfat edib - Atası şəhid, qardaşı şəhid və Azərbaycanın Milli Qəhrəmanıdır

Bu gün II qrup Qarabağ qazisi Novruz Qasım oğlu Qasımov Mingəçevir şəhərində vəfat edib.

Qaziler.az saytına onun ailəsindən daxil olan məlumata görə, Novruz Qasımov bir müddətdir mədə xərcəngindən əziyyət çəkirdi. Həmin xəstəlikdən də dünyasını dəyişib. N.Qasımov 1962-ci ildə Ağdam rayon Salahlı kəndində anadan olub. O, 708 saylı briqadanın tərkibində erməni işğalcılrına qarşı gedən döyüşlərdə iştirak edib, 1993-cü ildə Ağdamın Qalayçılar, Böyəhmədli kəndləri uğrunda gedən döyüşdə yaralanıb. Novruzun qardaşı İxtiyar Qasımovda döyüşlərdə iştirak edib, şəhid olub, Azərbaycanın Milli Qəhrəmanıdır. Atası Qasım Qasımov da Qarabağ müharibəsi şəhididir.

N.Qasımov əvvəllər Qarabağ Əlillər Cəmiyyətinin, sonra isə Qarabağ qazilər birliyinin Mingəçevir şöbəsinin rəhbərliyində təmsil olunub. Qarabağ əlillərinin problemlərinin həllində zəhməti və əziyyəti olub.

“Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” İctimai birliyinin, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun və Qaziler.az saytının kollektivi Novruz Qasımovun vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər!

Allah rəhmət eləsin!

qaziler.az
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ