31 Yan 02:05GÜNDƏM / DÜNYA

ABŞ YAXIN ŞƏRQDƏ "OVA GEDƏRKƏN OVLANMIŞ" VƏZİYYƏTDƏDİR

ABŞ YAXIN ŞƏRQDƏ "OVA GEDƏRKƏN OVLANMIŞ" VƏZİYYƏTDƏDİR
ABŞ-İŞİD iş birliyini indiyədək gizləyən imperialist güclər artıq bu kartı da açmağa məcbur oldu. Bu barədə ASO-nun xüsusi əməliyyatlar üzrə komandiri Cəmil Karmo “Anadolu” agentliyinə açıqlamasında deyib.
O, Afrin həbsxanalarından azadlığa buraxılan İŞİD-çilərin türk ordusuna qarşı vuruşduğunu bildirib: “PKK ABŞ-ın dəstəyi ilə Rakkada nəzarəti ələ keçirəndən sonra burada büro yaradıb. Xeyli sayda İŞİD üzvünə PKK-nın tərəfinə keçmələri qarşılığında cəzadan qurtula biləcəkləri və adlarının terrorçular siyahısından çıxarılacağı vəd edilib. Hətta onlara tanınmış İŞİD-çilərin xilas ediləcəyi barədə də söz verilib. Seçim şansları olmayan terrorçular bu təkliflə razılaşıblar. Onlar da öz ölkələrindəki İŞİD-çilərə mesaj göndərərək, silahdaşlarını PKK-ya qatılmağa çağırırlar”.

Komandirin sözlərinə görə, İŞİD-çilərin PKK sıralarına qatılmasından sonra bombalı hücumlarda sayı artıb: “PKK-çılar həmin İŞİD üzvlərindən bomba, bombalı maşın hazırlamağı öyrəniblər. Bir müddətdir ki, sözügedən ərazidən bomba yüklənmiş nəqliyyat vasitələri ilə bağlı problemlər yaşayırıq. İki həftə əvvəl terrorçular bomba yüklənmiş motosikletlə məni hədəfə almışdılar. Hələ də müalicə olunuram”. ABŞ bölgədə törətdiyi xaosun ardından məzhəbçi bir İran - Türkiyə müharibəsini planlamışdı. Hətta bu savaş barədə yalançı hədislər belə uydurulmuşdu. Rusiyanın da bölgəyə cəlb edilməsi anti İslam mübarizəsi donlu "səlibçiləri" daha da şirnikləndirdi. Çünki Rusiyanın əliylə Birinci Dünya müharibəsindəki kimi mövqeləri qazanmaq və onu bir daha da mineral ehtiyyatlar üzrə parçalamaq asan olacaqdı. SSRİ-ni parçalamaq üçün Əfqanıstan senarisi göydən düşmə oldu. Lakin ilk öncə məzhəbçilərin mövqelərini deyil, antiməzhəbçilərin mövqeyini xalq təqdir etdi. Əzilməkdə olan və qətliamlara məruz qalan xalq kütlələri hədəfdə olduğunu anladı. Bir vaxtlar BOP-da tərəf kimi çıxış edən Türkiyə özünün hədəfdə olduğunu zamanında anlaya bildi. NATO üzvü oduğu dövlətlər ona qarşı İblislə belə sazişdə olduğunu gördü. Türkiyənin milli maraqlarını heç bir yerdə nəzərə alınmamasını artıq imperialistlər nümayişkaranə etməyə başladılar. Onların strateji hesablarına görə Türkiyə onların iradəsinə qarşı çıxacaq halda deyil və onun təsir edə biləcək rıçaqları yoxdur. Türkiyə öz hesabında yanılmadı və imperialist güclərin Rusiya-Türkiyə qarşıdurmasında maraqlı olmasını anladı. Rusiya ayağı sürüşkən bir partnyor olsa da onun da etiraz edə bilməsi mümkün deyildi. Çünki bölgədə Türkiyəni neytrallaşdırmadan Rusiyanın və qeyrisinin duruş gətirməsi mümkün deyil. ABŞ-ın əlaltısı olan YPG-lilər Moskvanı xəyanətdə günahlandırmaqla öz kartlarını da açdılar. ABŞ-ın qucağında oturub Rusiyaya "Öpüş" göndərən bu terrorçular, Rusiyanın bölgədə Suriya dövlətinə tabe olma çağırışına yox demələrini unutmuşlar. Rusiya, bu dəfə kimsəyə xəyanət etmədi və bölgədəki marağının Suriyanın bölünməzliyi olmasını dəfələrlə bəyan edib (Putin).
ABŞ YAXIN ŞƏRQDƏ "OVA GEDƏRKƏN OVLANMIŞ" VƏZİYYƏTDƏDİR
Hazırda NATO planlarına uyğun olaraq Türkiyənin bütün ətraf dövlətlər ilə siyasi əlaqələrində problem mövcud olsa da Afrin əməliyyatı Türkiyəyə yeni nəfəs verdi. Hərbi, siyasi və diplmatik baxımdan öz itkilərini bərpa edən Türkiyə Cumhuriyyəti artıq Pentoqona Menbicdən çıxmağı əmr edir və ABŞ qarşı dursa da tabe olmağa məcbur durumdadır. Çünki onun bəşəriyyətə qarşı yönəlmiş cinayət dolu "Demokratiya" çuvalı artıq kimsəyə lazım deyil. Suriya və onun dəstəkləyən Rusiya və İran birlikləri terrorçuların azad keçidlərini şimala doğru bağlayıblar. Yeni qüvvələrin cəlb edilməməsi terror qruplarının məğlubiyyətini tam təmin edir. ABŞ, məhz buna görə “CNN International” informasiya agentliyi Vaşinqton qüvvələrinin Menbiçdən çıxmayacağını xüsusi xəbərlə bildirib. Ankaranın tələbinə mənfi cavab verən ABŞ Fərat çayının qərbindəki şəhərdə YPG terrorçuları ilə əməkdaşlıq edir.

ABŞ Mərkəzi Komandanlığının bir nömrəli şəxsi general Cozeh Votel Menbiçdən çıxmaq fikrində olmadıqlarını deyib. YPG terrorçuları Türkiyə sərhədinə təqribən 40 kilometrlik məsafədə yerləşən Menbiç rayonuna 2016-cı ilin yayında yerləşiblər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə günü verdiyi açıqlamada demişdi: “ABŞ terror təşkilatı ilə əlaqəsini kəsməlidir. Onlardan silahlarını yerə qoymağı tələb eləməlidir. Öz verdikləri silahları geri almalı, Menbiçi dərhal tərk etməlidirlər”. ABŞ İŞİD terror təşkilatını regiondan çıxarmaq bəhanəsi ilə PKK-nın Suriyadakı şaxəsi olan YPG terrorçuları ilə birlikdə cəbhə qurub. Türkiyənin etiraz eləməsinə rəğmən, Pentaqon YPG-yə minlərlə tırdan ibarət silah yardımı edib. Bu utancverici faktor ABŞ və onun dəstəkçisi olan NATO güclərinin siyasi-diplomatik manevr imkanlarını heçə endirib. Türkiyə isə diplomatik manevr imkanlarını günbəgün artırmaqdadır. Fransa kimi terror dəstəkçisi olan bir dövlətin BMT TŞ-nı toplaması da işə yaramadı. Üstəlik, terror və təhlükəsizlik məsələləri üzrə mütəxəssis olan Abdullah Ağar terror təşkilatlarının Afrində istifadə etdikləri beton sığınacaqlarla bağlı şok açıqlamalar verib. Ağar sığınacaqların tikilməsində Fransanın və Almaniyanın yardım elədiyini iddia edib: “Bu qurğuların bünövrələri hava axınlarına və top atışlarına qarşı müqaviməti olacaq şəkildə dizayn edilib. Bu tikintilərdəki mühəndis ağlı almanlara məxsusdur”. “On minlərlə ton beton isə Hələbdəki, fransızlara məxsus beton fabrikindən gəlib. Həmin ərazilərdə belə keyfiyyətli inşaata rast gəlməmişəm”. Almaniyanın həyasızcasına terrorçuları qorumaq məqsədiylə Türkiyəyə tank mühərriki satışını dayandırması haqqındakı bəyanatı da, məhz bununla bağlıdır.
ABŞ YAXIN ŞƏRQDƏ "OVA GEDƏRKƏN OVLANMIŞ" VƏZİYYƏTDƏDİR
Hansı mövqedən baxsaq da ABŞ bu savaşda qeyb edən tərəf olmasıyla barışmalıdır. Əks halda "qoca qarılar kimi deyingən İngiltərə" (Putin) və bölgəyə neft iyinə toplaşan koalisiya gücləri arasında da narazılıq simptomları güclənməkdədir. Bu da ABŞ-ın ən çox qorxduğu simptomlardır. Ölkə daxilində də bu savaşın əleyhidarları günbəgün çoxalmaqdadır. Artıq hökumət səviyyəsində "Dünyaya ağalıq iddiasından əl çəkmək" tələbləri var.
Türkiyə, ABŞ qarşısına XİN müavini Bəkir Bozdağın sözləriylə desək "silah verməyi dayandıraraq YPG-yə verdiyi silahların isə yığılması" tələbini qoyub. ABŞ Mərkəz Qüvvələr Komundanlığı (CENTCOM) Komandanı General Joseph Votel, Suriyanın Rakkada olan YPG kamplarına səfər etdi. Rakkadan gələn görüntülər, Trumpın IŞİD ilə mücadilə özəl təmsilçisi Bret McGurkun Brett McGurk, Twitter hesabından paylaşıldı. Minbiçdən əl çəkmək istəməməsi ABŞ-ın İŞİD və digər terrorçu dəstələri ilə sıx əlaqıələrindən xəbər verir. Türkiyə "Yeni Şafak" qəzetinin yaydığı bir xəbərə görə (Mehmet Acer), Ərdoğan-Tramp görüşünün ortaya çıxan yeni detallarının da ABŞ-ın çətin vəziyyətə düşməsinin bariz nümunəsi olduğunu qeyd edib: “Ərdoğanla Trampın telefon danışığından sonra Ağ Evin yaydığı bəyanat öncədən hazırlanmış idi. Əslində Vaşinqton elə göstərirdi ki, guya Tramp Ərdoğanla sərt şəkildə danışıb və ictimaiyyətə açşıqlanan bütün məsələləri müzakirə zamanı gündəmə gətirib. Ankara bunları təkzib edəndən sonra Vaşinqtonun yalanı üzə çıxdı və amerikalılar pis vəziyyətdə qaldı. ABŞ-ın milli təhlükəsizlik müşaviri McMaster “Biz həmin vaxt Davosda idik, buna görə də Ağ Evlə koordinasiya problemi yaşandı” deyərək, vəziyyətdən çıxmağa çalışdılar. Lakin bu görüşün bütün detallarından xəbərdar olan bir rəsmi şəxslə görüşdüm. Həmin şəxs bildirdi ki, “İki lider danışarkən, Ağ Evdə bəzi rəsmilər Ərdoğana çatdırması üçün Trampın önünə sürətli şəkildə qeydlər qoydular. Lakin Tramp bu qeydlərin hamısına etibar etmədiyi üçün, bəzilərini dilə gətirmədi. Belə olanda da Ağ Ev Trampın həmin qeydlərin hamısını Ərdoğana çatdırmış görüntüsü yaratdı və belə bir açıqlama verdi”. Əslində bu məlumat ABŞ-ın düşdüyü çətin vəziyyəti daha aydın şəkildə nümayiş etdirir”.
ABŞ YAXIN ŞƏRQDƏ "OVA GEDƏRKƏN OVLANMIŞ" VƏZİYYƏTDƏDİR
Türkiyənin tam əks siyasət yürütməsi və Rusiya ilə sazişdə hərəkət etməsini bəyan etməsi çoxlarını şoka saldı. Türkiyəni indiyədək oyundankənar vəziyyətdə saxlayan ABŞ bu addımı gözləmirdi. O, adekvat addım kimi qapazaltı etdiyi ərəb dövlətlərini, məzhəbçi İran və yerli xalqlar faktorunu və zamanında Əsədə qarşı yönləndirdiyi Türkiyə siyasətindən tam arxayın idi.

Bu günlərdə çağdaş rus siyasi ideoloqlarından sayılan Aleksandr Duqin Türk ordusu haqqında bu sözləri işlətdi: "Türk ordusunu güclü edən NATO deyildir. Məsələ silah da deyil, məsələ ttürklükdür! Türkün təşkilatlanma qabiliyyəti və hərbi ruhudur. Bu kimsədə yoxdur".
“Zeytun budağı” əməliyyatı ilə bağlı mövqeyi maraq doğuran Tehran hökuməti Pentaqonun dəstəklədiyi PKK/PYD terror təşkilatını hədəfə alıb. İranın dini lideri Ayətullah Əli Xamneinin baş müşaviri Əli Əkbər Vilayəti ABŞ-ın Suriyanı Fərat çayının şərqindən bölmək istədiyini bildirib. Tehranda BMT-nin İran üzrə nümayəndəsi Jan Kubişi qəbul edən Vilayəti görüşdən sonra keçirilən mətbuat konfransında deyib: “Vaşinqton hökuməti nəzarət elədiyi terrorçu qruplar ilə Fəratın şərqində ayrı bir dövlət qurmaq üçün addım atmağa başlayıb. Lakin ABŞ və müttəfiqləri bölgədə əvvəlki kimi güclü deyil. Region xalqları Pentaqonun planlarının reallaşmasına imkan verməyəcək”. Tehranın Suriyanın ərazi bütövlüyünün tərəfdarı olduğunu vurğulayan Vilayəti deyib: “ABŞ-ın ssenariləri bitmək bilmir. İsrail ilə Səudiyyə Ərəbistanı da parçalnmış Suriya layihəsini dəstəkləyir”.
ABŞ YAXIN ŞƏRQDƏ "OVA GEDƏRKƏN OVLANMIŞ" VƏZİYYƏTDƏDİR
İranın rəsmi agentliyi “Tansim”də dərc edilən bir təhlildə PKK terror təşkilatının İsrail ilə əlaqəsi olduğu iddia edilib. Təşkilatın Tel-Əvivdən silah aldığının vurğulandığı analizdə “Zeytun budağı” əməliyyatı “Türkiyə əslində Afrində İsrail ilə döyüşür” ifadəsi ilə qiymətləndirilib.
Azərbaycan XİN də Türkiyənin yanında olduğunu və hətta keçmiş döyüşçülər Qəhrəman Türk ordusuyla birgə terrorçulara qarşı döyüşmək istədiyini bəyan edib.
Bölgənin yerli xalqı olan ərəblər, kürdlər və türkmənlər Türk ordusunu sevinclə qarşılamaqdadırlar. Çünki onlar bu savaşın kürd xalqına qarşı deyil, Qərbin sifarişiylə oturub-duran terrorçu qruplara qarşı olduğunu anlayırlar. Hətta yerli kürd əşirətləri başçıları Türk prdusuna müraciət edərək terrorçulara qarşı onlları silahlandırmalarını istəyib. ABŞ isə bu savaş şərtlərindən tam mərhum bir halda PKK-PYD-YPG kamplarına sıxışıb qalıb. Necə deyərlər ABŞ, "OVA GEDƏRKƏN OVLANIB".

İmperializmin bu durumu bütün bölgə dövlətlərinin, o cümlədən Rusiyanın siyasi istəklərinə tam uyğundur. Türk Ordusu bu tarixi yazmağa məhkumdu. Türk ordusu daim məzlumların yanında olmuş və bu gün əraziləri təmizləyən kimi qaçqınları öz yurdlarına qaytarmağı önə sürən tək gücdür. Digərləri isə bu əraziləri əhalisiz hala gətirmək üçün terrorçu dəstələri dəstəkləməkdən belə çəkinmədilər...

FEDAİ.AZ ARAŞDIRMA QRUPU
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ