31 Yan 02:03GÜNDƏM / TARİX

XOCAHƏSƏN QƏBRİSTANLIĞINDA UYUYAN TÜRK ŞƏHİDİ

XOCAHƏSƏN QƏBRİSTANLIĞINDA UYUYAN TÜRK ŞƏHİDİ
Zahid Qasım
Bakı Dövlət Universiteti Tarix fakültəsi Tarix müəllimliyi ixtisası ııı kurs


Xocahəsənkəndi - 21 iyun 2017-ci il

Ramazan ayının 26-cı günüdür. Yolyoldaşım Cəlal adlı 6-cı sinif şagirdi mənə bələdçilik edərək babasının anası, 96 yaşlı Xədicə nənənin yanına aparasıdır. Məqsədimi öncədən, həm Cəlal, həm də getdiyim evin sakinləri bilməkdədirlər. Müsahibə götürəcəyim şəxs - Xədicə nənə özünün dediyi kimi yaşı ilə əlaqədar məlumatların çoxunu unutmuşdur. Buna görə ona oğluİsgəndər dayı kömək edir. Cəlalmənə Xocahəsən kənd qəbiristanlığında dəfn olunmuş türk şəhidinin bməzarını da göstərir. Məzar uzun illər baxımsız halda olmuş, son illər yerli əhali tərəfindən müəyyən tədbirlər görülmüşdür. Milli Kitabxanada bununlanbağlı kiçik bir araşdırma apardım. Qafqaz İslam Ordusunun Azərbaycan ərazisində şəhid olan əsgərlərinin siyahısına göz gəzdirdikdə burada 4 əsgərin şəhidlik zirvəsinəyüksəldiyi yer kimi Xocahəsən kəndinin yaxınlığı (xüsusilə, şərqi) qeyd olunduğunu gördüm. Yerli əhali bu «mehmetçik» inadını bilmədiyindən dolayı bu şəhidin adının ya Ahmet, ya İsmayıl olduğu qənaətindəyəm (tədqiqatıma görə Xocahəsən yaxınlığında şəhid olan 4 əsgərdən üçü Ahmet adlı,biri isə İsmayıl adlı olmuşdur). Xədicə İsgəndərova: "Atam Ağabəy Babaoğlu 120 il ömür sürüb. 1918-ci ildə baş verən hadisələrin canlı şahidi idi. Dediyinə gorə Xocahəsənə yaxın ərazidə yerləşən Yasamal hissəsindəki təpəliklərdən ermənilər kəndə üztuturlar. Bunu görən kənd əhalisinin çoxu qonşu Qobu kəndinə sığınır. Çünki, Qobu hərtərəfdən Şubanı dağları ilə əhatə olunub deyə ermənilər oraya asanlıqla gedə bilməyəcəkdi. Həyat yoldaşım danışırdı ki, həmin hadisələr dönəmində mənim dörd yaşım olub. Atası onu güllə arxadan dəyməsin deyə sinəsinə bağlayaraq Qobuya üztutub. Xocahəsən kəndi o zaman indiki kimi böyük deyildi. Kəndin əhalisinin çoxu Qobuya sığınır, 30-a qədər gəncisə "kəndin halı necə olar?" deyərək kəndin müdafiəsi üçün burada qalır. Silahsız olduqları üçün kənddə qalan bu cavanları ermənilər öldürürlər. İsgəndər adlı kənd sakinini elə qapısının ağzında vurmuşdular. Məzarı indidə kənd qəbirstanlığındadır. Ermənilər kəndi viran qoyur, taxıl zəmilərinə od vururlar. Həmin hadisələr yay aylarına təsadüf edirdi deyə taxıl mövsümü idi. Türklərlə bağlı atam danışırdı ki, Xocahəsəndə çox müddət qalmayıblar. Qobuya sığınan əhali geri dönərək evlərini dağılmış şəkildə görürlər. Hətta, yemək belə tapmırlar. Atam deyərdi ki, kənd məscidinin həyətində türklər ocaq qalayıb yemək bişirdilər. Həm özləri yedilər, həm kənd əhalisinə payladılar. Təxminən, bir həftə kənddə qalan türklər bir əsgər də şəhid vermişdilər. Onu elə burada da dəfn ediblər. Xocahəsən qəbirstanlığında uyuyant ürk şəhidi
XOCAHƏSƏN QƏBRİSTANLIĞINDA UYUYAN TÜRK ŞƏHİDİ
Xədicə nənə ilə müsahibəmi bitirib digər müsahibim Əlibəy dayıya yaxınlaşıram. Atasının onadediklərindən mənəməlumat verir: "Atam Vəliyev Vəlibəy Allahyaroğlu 1896-cı ildə bu kənddə doğulub. 1918-ci ilin martından başlayan müsəlman qırğınından Xocahəsən kəndi də ziyan görüb. Kənd əhalisi Bakının daha təhlükəsiz yerlərinə-Qobuya, Novxanıya, Maştağaya, Nardarana gediblər. Atam deyərdi ki, kəndin yuxarısında taxıl zəmilərimiz
vardı. Bir neçə cavanla birgə zəmidəidik. Gördük taxılın arasında əsgərlər gizlənib. Bunlar Şubanı dağının üstündən aşıb gəlmiş türk qoşunları idi. Bizi yanlarına çağırıb haradan olduğumuzu soruşdular. Müsəlman olmağımıza əmin olmaq üçün nisbətən kiçiklərin sünnətinə də açıb baxdılar. Kəndin digərtərəfində, yəni Yasamal tərəfdə dağı aşan erməniləri elə oradaca məhv eləmişdilər...
Ardı var...
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ