01 Fev 00:46GÜNDƏM / VETERAN

Füzuli Məmmədov iki qazi ailəsinə ev hədiyyə etdi

Füzuli Məmmədov iki qazi ailəsinə ev hədiyyə etdi





















Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse - prezidenti Füzuli Məmmədov növbəti dəfə iki Qarabağ qazisinə ev hədiyyə edib.

Musavat.com xəbər verir ki, Bakıdakı məkanların birində təşkil olunan kiçik tədbirdə, Füzuli Məmmədov, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, tanınmış jurnalist Aygün Muradxanlı, şəhid Aqşin Abdullayevin ailəsi, ev hədiyyə olunan hərbiçilər və onların ailələri iştirak ediblər.

Ev alan aprel döyüşlərinin iştirakçısı kapitan Hikmət Məmmədov və müddətdən artıq hərbi qulluqçu Emin Əliyev çıxış edərək Füzuli Məmmədova öz minnətdarlıqlarını bildiriblər.

Ə. N. Zərdabi
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ