02 Fev 01:09GÜNDƏM / DÜNYA

TERRORÇULARIN ARDINDAN "ERMƏNİ İZİ" ÇIXIR

TERRORÇULARIN ARDINDAN "ERMƏNİ İZİ" ÇIXIR
PYD/PKK terror qruplaşmasının “asayişi qorumaq” adı altında yaratdığı saxta polis təşkilatı Suriyanın şimal-şərqindəki xristian aysorlara (assuriyalılar) qarşı əməliyyat keçirir.
Bu barədə “Anadolu” agentliyi araşdırma aparıb.
Məlumata görə, bölgədəki sakinlər hər gün PYD/PKK zülmünə məruz qalırlar. Təkcə yanvarın 19-da “asayiş polisləri” 4 erməni və 3 aysoru naməlum istiqamətə qaçırıb. Onların və daha sonra qaçırılan xristianların PYD/PKK düşərgələrində təlim gördüyü və Türkiyənin antiterror əməliyyatları apardığı Afrinə göndərildiyi qeyd edilib.
Sakinlər bildirirlər ki, “asayiş polisi” qaçırılan şəxslərin YPG-nin sıralarına cəlb edildiyini təsdiqləyib.
Xatırladaq ki, Zeytun budağı əməliyyatının 13-cü günündə öldürülən terroristlərin sayı 790 nəfərə çatıb.

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərb hissəsində, PKK / KCK / PYD-YPG və İŞİD-li terrorçuları sərhəddən uzaqlaşdırmaq, dost və qardaş bölgələrin xalqını zülmdən xilas etmək üçün zərərsizləşdirməyə çalışır.

Fedai.az
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ