02 Fev 01:33GÜNDƏM / TARİX

Qobu hadisələri-1918-ci il


Qobu hadisələri-1918-ci ilZahid Qasım
Bakı Dövlət Universiteti Tarix fakültəsi Tarix müəllimliyi ixtisası ııı kurs tələbəsi


11 iyul 2017-ci il

Qobu qəsəbəsinə ilk dəfə ayaq basıram. 567 nömrəli avtobusla uzun bir yoldu. Öyrəndim ki, insanların burada sıx məskunlaşdığı ərazi Qobu dairəsi adlanan yerdir. Avtobusdan düşüb orada toplaşmış insanlara yaxınlaşaraq məqsədimi bildirirəm. Zahid adlı kənd sakini mənə bələdçilik etməyə razı olur. VAZ 06 markalı maşınla məni kənddə jurnalist kimi fəaliyyət göstərən Məmmədağa bəyin yanına aparırlar. Zahidin dediyinə görə jurnalist bu barədə daha dolğun məlumatlara sahibdir. Amma təəssüf ki,evdə yoxdur. 2 saylı Qobu kənd məktəbinin direktoru Lətifə xanımı məsləhət görürlər. Məktəbə gedərək Lətifə xanıma yaxınlaşıram. Qobukəndinintarixindənbəhsedən
"Yaddaşlarda yaşayan kişilər" adlı kitabı oxumağım üçün gətirmək istəyir. Amma kitab tapılmır. Ən tezi sabah kitabı oxumağım üçün tapa biləcəyinə dair mənə söz verir. Heç nə əldə etmədən kəndi tərk edirəm. Ümid qalır sabaha...

12 iyul 2017-ci il

Qobuya ikinci gəlişim. Məqsədim Məmmədağa adlı jurnalisti tapmaq, həmçinin, dünən Lətifə xanımın söz verdiyi kitabı oxumaqdır. Avtobusdan düşüb yoldan keçən bir cavana yaxınlaşıram.Məmədağa bəyi onun sayəsində tapıb tanış oluram. Mənə kömək edəcəyini deyir, amma, hazırda
nəşriyyatdakı işləri ilə əlaqədar vaxtı yoxdur. Kənd sakini Hacı Akifin evinə doğru gedirəm. Deyilənə görə o mənə lazımi məlumatlar verə bilər. Qapını döyürəm. Oğlan uşağı atasının evdə olmadığını, gözləyəcəyim təqdirdə çağıra biləcəyini deyir. Akif bəy gəlir. Birgə evə daxil olub çay süfrəsi arxasında söhbətə başlayırıq.
-Akif bəy, öncə hazırda olduğumuz kənd haqqında məlumat verməyinizi istərdim.
-"Qobu" sözü "çökəklik" anlamına gəlir. Bu da onun 4 tərəfdən dağlarla əhatə edilərək sanki, çökəklik şəklində görünməyi ilə əlaqədardır. Qobu kəndi Bakının ən qədim kəndlərindən hesab olunur. Nuru paşanın Bakının işğaldan azad edilməsi məqsədi ilə göstərdiyi fəaliyyət dönəmində, məhz, Qobunun qərargah olaraq seçilməsi heç də təsadüfi hal deyildi.
Qobu hadisələri-1918-ci il
















-Türk qoşunlarının kənddə göstərdiyi fəaliyyətilə bağlı hansı məlumatlara sahibsiniz?
-Babam Kərbəlayi Qasım kəndin sayılıb seçilən, imkanlı şəxslərindən olub. Türk qoşunlarının komandiri Nuru paşa babamın evində yaşayıb. Çünki,
bu ev digər kənd evlərindən rahatlığına, genişliyinə görə seçilirdi. Ev iki mərtəbədən ibarət imiş. Paşanın rahatlığını təmin etmək üçün onu ikinci mərtəbədə yerləşdiriblər. Buradan Nuru paşa şəhərin qaynar nöqtələrini durbinlə rahatlıqla izləyə bilirmiş. Az öncə qeyd etdiyim kimi türklərin Qobunu qərargah olaraq seçməsi təsadüfi deyildi. Çünki kənd hər tərəfdən dağlarla əhatə olunmuş, strateji bir mövqeyə malikdi. Hətta, 1918-ci ilin mart qırğınları zamanı ermənilərin kəndə hücumu da olmamışdı. Çünki kəndə gəliş-gediş dağlıq relyefə görə çətinidi. Şubanı dağları üzərində türk qoşunları öz toplarını yerləşdirmiş, paşa isə Xəzər dənizini, hətta, adaları belə babamgilin evindən izləyirmiş.
-Bildiyimiz kimi mart qırğınlarında, hətta, türk qoşunlarının gəlişi zamanı Bakı kəndlərindən çıxan qoçular əhalinin imdadına yetişmişlər. Bəs Qobu kəndindən necə bu cür cəsur oğullar çıxmışdırmı?
-Əlbəttə! Mart qırğınları zamanı kənddən ermənilərlə başa-baş mübarizə aparan qoçular çıxıb. Qoçu Hilal elə ermənilərlə vuruşma zamanı öldürülüb. Xalq rəssamı Qəzənfər Xalıqovun atası Qoçu Ələkbər kimi tanınıb. Mübarizə yoldaşı qoçu Hilal ermənilər tərəfindən öldürüldükdən sonra qoçu Ələkbər Hilalın nəşini həmşərilərin ("həmşəhərli" anlamına gələn bu söz Cənubi Azərbaycandan Bakıya işləmək üçün gələn şəxslərə aid edilirdi-müəllif-Z.Q) vasitəsiilə qızıl pul qarşılığında ermənilərdən ala bilib.
-Akif bəy, Qobu kəndində türk qoşunları bir müddət yaşayıblar. Bu müddət ərzində onlardan qalan hər hansı şəxsi əşya, xatirə şəkli kənddə qalmayıb ki?
-Xeyr, şəkil yoxdur. Amma xatırlayıram ki, baba evimizdə mis aşsüzən vardı ki, yaşlılar deyərdi bu aşsüzənlə türk əsgərlərinə aş süzərdik. Qədimi qablar var idi ki, həmin qablarda əsgərlərə süd, çay vermişdi nənəmgil.
-Az öncə qeyd etdiniz ki, Nuru paşa babanızın evində qərar tutub. Həmin ev hazırda qalırmı?
-Bəli, hazırda evdə qardaşım Tofiq Qasımov yaşayır. Paşa təxmini 1 ay bu evdə yaşayıb. Evin ön tərəfi şəbəkə ilə örtülmüşdü. Sonradan qardaşım baba evimizin şəbəkələrini söküb daşla əvəz etdi. Həmin vaxt mən kəndin icra nümayəndəsi işləyirdim. Eşitdim ki, mətbuatda xəbər yayılıb ki, guya türklər Nuru paşanın yaşadığı evi təmir etdirirlər. Bu yazıya qəti etirazımı bildirdim. Əslində, qardaşım yaşadığı evi təmir etdirib. Bu qədər sadə.
Qobu hadisələri-1918-ci il
-Qobu əhalisi arasında türklərlə bağlı hansısa xatirə qalıbmı?Qalıbsa, mənimlə bölüşməyinizi rica edərdim.
-Həmin dövrdən yadımda qalan bir xatirəni sizinlə bölüşə bilərəm. Baba evimizin birinci mərtəbəsində babamgil, ikinci mərtəbədə türk zabitləri yerləşiblərmiş. Şəhərdə yerləşən ingilislər işıq görüb evi topla vurmasınlar deyə Nuru paşa gecələr lampa yandırmağa icazə verməzmiş .Birgecə birinci mərtəbədə səs-küy qopur. Paşaya xəbərverirlərki,bəsevsakinininövladı
dünyayagəlib.Nuripaşatürkəsgərinəişlətmədiyibirlampanıverərəkaşağı mərtəbəyə göndərir. Əsgər aşağı enərək babamgilə deyir: "Paşam dedi ki, uşaq gözlərini nura açsın"
-Akif bəy,dəyərli məlumatlara görə təşəkkür edirəm. Akif bəyin oğlu məni Nuru paşanın qərargah olaraq seçdiyi evə qədər
müşayiət edir. Ev sahibi Tofiq Qasımov evin ıı mərtəbəsində Nuru paşanın yerləşdiyi otağı, türk əsgərlərinin atlarının bağlandığı evin zirzəmisini və türk qoşunlarının gəlişinə və ondan əvvəlki nəsillərə şahidlik edən,150-dən çox yaşı olan ağacı əyani surətdə göstərir. Nuru paşa durbinlə evin ikinci mərtəbəsindən şəhərə nəzarət edərmiş Kərbəlayi Qasımın mülkü .Qafqaz-İslam Ordusu generalı Nuru paşa evin ikinci mərtəbəsini özünə qərərgah olaraq seçmişdir. Lətifə xanımın söz verdiyi kitabı-"Yaddaşlarda yaşayan kişilər" əldə edib oxuyuram. Kitabın yazılmasındakəndinjurnalistiMəmmədağabəyində
əməyinin olduğundan xəbərdar oluram. Kitabda mənə lazım olan bəzi maraqlı məlumatlar vardır ki, onları Məmmədağa bəylə söhbət zamanı daha dolğun şəkildə öyrənmək fikrindəyəm
Ardı var...
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ