ZƏFƏR TÜRKÜN OLACAQ » Fedai.az


0

ZƏFƏR TÜRKÜN OLACAQ

Görünüm: 228
ZƏFƏR TÜRKÜN OLACAQ
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında ardıcıl zərbələr alan PKK-nın Suriya qolu PYD/YPG Dəməşq ilə razılaşmaq üçün cəhdlərini davam etdirir.
Muxalifət.az ”Habertürk” nəşrinə istinadən xəbər verir ki, PYD/YPG Suriya kəşfiyyatı ilə 9 dəfə birbaşa, 1 dəfə isə bölgədəki ərəb tayfalarının vasitəsilə görüşüb.
İddiaya görə, Afrini 7 şərtlə Dəməşqə təhvil vermək istəyən terror təşkilatı mərkəzə bağlı güclü yerli idarəçilik modelinin verilməsini tələb edib. Lakin Suriya hakimiyyətinin heç bir şərti qəbul etmədiyi, əksinə terror təşkilatının çətin vəziyyətindən istifadə edərək Deyr-ez-Zor və Rakkanın da Afrinlə birlikdə təhvil verilməsini tələb edib. Terror təşkilatı isə Deyr-ez-Zor və Rakka şəhərləri ilə bağlı özü qərar vermədiyini bildirərək ABŞ-ı işarə edib.
Xatırladaq ki, PYD-nin Afrinin Dəməşqə verilməsinə razı olduğunu daha əvvəl Afrindəki iki mənbə Rusiyanın “İzvestiya” nəşrinə bildirib.
“Biz şəhəri və Afrini əhatə edən rayonları verməyə hazırıq. Amma bu halda bizim maraqlarımızın zərər görməyəcəyi barədə zəmanət lazımdır”, - Rusiya nəşrinin həmsöhbətlərindən biri deyib. Lakin mətbuata sızdırılmış bu informasiya özünü doğrultmur. Çünki ABŞ-Rusiya münasibətləri daha sərt müstəviyə keçib və bu baxımdan ABŞ dəstəkli terrorçu qruplaşma ilə hansısa razılığa gəlinməsi mümkün variant deyil. Üstəlik hərbi müstəvidə bu Rusiyanın əldə bayraq etdiyi Suriyanın ərazi bütövlüyünə qəsddir.
ZƏFƏR TÜRKÜN OLACAQ
Rusiya Prezidenti Vladimir Putin, ABŞ-ın “Kreml hesabatı”na sərt reaksiya verib. O, Rusiya öz daxili məsələləri ilə maraqlanmalı olduğunu bildirib. “İt hürər, karvan keçər". Həmçinin, bölgədə Rusiya Müdafiə Nazirliyi Rusiyanın Su-25 qırıcısını vuran raketin atıldığı bölgəyə hücum edib. Bu məlumatı Türkiyənin Sputnik agentliyi yayıb. Məlumata görə, Nüsra Cəbhəsinin nəzarəti altında olan İdlib şəhərindəki bölgəyə təşkil olunan hücumda ən az 30 nəfər öldürülüb. Qeyd edək ki, bu gün Rusiyaya məxsus Su-25 qırıcısı İdlibin Maasran ərazisində vurulub. Bu fakt bir daha Rusiyanın mövqeyində dəyişiklik olmadığını sübut edir. Həm də Kürdlərin Federal Milli-Mədəni Muxtariyyəti Şurasının sədri Fərhad Patiyev Afrini Suriya rəhbərliyi və ordusunun nəzarətinə vermək üçün danışıqlar aparmadığını bildirib: "Kürdlərin Afrini Suriya rəhbərliyinə vermək meylində olduğuna dair mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. "Şimali Suriya Federasiyası"nın statusu rəsmi olaraq tanınmayana qədər rejim qüvvələri Afrində sərbəst hərəkət edə bilməz".
Bölgədən xəbərlərə görə Fərat Qalxanı hərəkatında TSK-nin istifadə etdiyi bombaları araşdıraraq Afrində PKK üçün kilometrlərlə uzunluqda tunel-sığınacaq inşa edən ABŞ, “Zeytun Budağı” əməliyyatından sonra bunların bir işə yaramadığını görüb, Münbiçdə PKK-lıları qorumaq üçün "yeni tip tikililər”in inşasına başlayıb.
ZƏFƏR TÜRKÜN OLACAQ
ABŞ, Afrindən sonra Türk ordusunun əməliyyat keçirməyə hazırlaşdığı Münbiçdə "yeni tip tunellər”in inşası üçün hazırlığa başlayıb. “Zeytun Budağı” hərəkatında PKK-dan təmizlənən ərazilərdə terrorçuların inşa etdiyi yüzlərlə metr olan tunellər və beton mövqelərin bir işə yaramadığını görən Pentaqon, Türkiyənin beton deşən aviabombaları qarşısında daha dayanıqlı olacaq tunel və binalar inşa etməyə başlayıb. Afrin ətrafında terrorçuların gizlənmə və keçidləri üçün inşa edilən sığınacaqlarla tunellərin peşəkar səviyyədə aparılması diqqət çəkmişdi. İstifadə olunan material, beton qalınlıqları, ərazi dərinliyi və dəmir istifadəsi kimi bir çox amillər atılacaq bombalar hesablanaraq inşa edilən tikililər olsa da, yerli istehsal olan bombaya (NEB) qarşı PKK-ya kifayət qədər qoruma təmin etmədi. ABŞ terrorçuları qorumaq üçün bütün dövlət imicini iyrənccəsinə ayaqlar altına atmış durumdadır. Verilən məlumata görə, ABŞ, Fərat Qalxanı hərəkatında terror təşkilatlarından təmizlənən Azez və Cerablus regionunda TSK-nin atdığı bombaların təsirini araşdırıb. Fərat Qalxanı bölgəsinin Afrinin torpaq quruluşları ilə eyni olduğu nəticəsinə gələn Pentaqon, Afrində aylar əvvəl bu təsbitlərə görə hazırlıq görüb. Ancaq bu hazırlıqların “Zeytun Budağı” hərəkatı qarşısında yetərli olmadığı ortaya çıxıb. ABŞ indi də Afrindəki ərazi quruluşundan fərqli xüsusiyyətə malik Münbiçi araşdırmağa başlayıb. Türk bombalarının Münbiç torpağında yaratdığı kraterlərin şəklini çəkən ABŞ əsgərləri, əldə etdiyi məlumatları Pentaqon mərkəzinə göndərir.
ZƏFƏR TÜRKÜN OLACAQTəhlillər nəticəsində ortaya çıxan faktlarla PKK-ya Münbiçdə yeni tip sığınacaq, mövqe, tunel və bina inşa ediləcək. PKK-nın rəhbər heyətində olan bir terrorçu bu vəziyyəti Qərb mətbuatına açıqlama verərrək ifşa edib. Həmin terrorçu, Münbiçlə bağlı olaraq, "Türk mərmiləri kraterlər açır və yaxınlıqdakı ABŞ əsgərləri gəlib bu kraterləri dərhal lentə alır" - deyib. Münbiçdəki PKK-lı Afrindəki “Zeytun Budağı” hərəkatından sonra son dərəcə gərgin olduğunu, Münbiç ərazisinin Afrin kimi dağlıq deyil, düz olduğuna işarə edərək, "ABŞ buraya çox gedib, gəlir. Onlara güvənə bilirik. Bizə söz verdilər" deyə, bildirib. Sürətləndirilən işlər, TSK-nın ASO ilə birlikdə Münbiçə də əməliyyat keçirəcəyindən ABŞ-ın haradasa əmin olduğunu ortaya qoyur. Bu fakt terrorçuların ABŞ dəstəyinə əmin olması səbəbindən silahı yerə qoymadığı bilinir və aşkardır. Yəni bölgədə ABŞ imperializmi tam yeni -TERRORÇU DÖVLƏT statusunda çıxış eir və artıq dünyanın tərəqqipərvər qüvvələri bunu günbəgün daha aydın anlamaqdadır. ABŞ diqtə edən durumundan məhkum durumuna düşüb və bu status-kvo ilə barışmaq istəmir. Terrorçulardan qənimət götürülmüş silahların ABŞ istehsalı olması və hətta bu silahların heç bir orduda olmadığı halda terrorçularda oması tarixi bir rüsvayçılıqdır.
ZƏFƏR TÜRKÜN OLACAQ
Afrinin şimal-qərbindəki strateji əhəmiyyətə malik Darmik dağından yanvar ayından etibarən başlayan əməliyyatı zamanı terror təşkilatı PYD/PKK üzvləri Kilisə raket raket zərbələri endirirdi. Hava və qurudan atəşə tutulan ərazi terror təşkilatından təmizlənib. Əməliyyatda iştirak edən 57-ci komando batalyonunun əsgəri tərəfindən çəkilən videoda bir əsgərin türk bayrağını “Türk millətinə hədiyyə” deyərək torpağa sancıb. Həm də bölgənin qapısı hesab olunan Afrin şəhəri yaxınlığındakı Bülbül qəsəbəsi də terrorçulardan azad edilib. Bordo berelilərin bölgəyə gəlişi isə Afrinin və Münbiçin azad edilməsində Türk ordusunun qərarlı olmasını göstərir. Zeytun budağı əməliyyatının 15-ci günündə öldürülən terrorist sayı 897-yə çatıb.Artıq yeni terrorçuların cəlb edilməsi yolları da tam nəzarətdə olduğu üçün günbəgün terrorçu sayı azalan xətt üzrə hesablanmaqdadır.
Türkiyənin qərarlı tövrü imperialist iş birlikçiləri arasında ciddi qarşıdurmanın olacağından xəbər verir. Əgər qardaş ölkə mövqeyində dəyişiklik etməsə İraq savaşının zəfərinə İran sahibləndiyi kimi, Suriya savaşının qalibi Türkiyə olacaqdır. Bu da bölgəyə uzun müddətli sülhün gəlişi deməkdir...

Fedai.az Araşdırma Qrupu
(Bir çox saytların məlumatlarından istifadə olunmuşdur)
Yanlış Bağlantı Var?

Sorun Çözümü CTRL+ENTER.
В görünen pencere , sorunu tanımlamak ve Yönetim kaynağı gönderin.

Yorum:0



YORUM EKLE

Kodu Girin:*

Hüququ

Əlaqe

E-mail : fedaiaz.fedaiqezeti.94@bk.ru
Unvan : R.Quliyev Kucesi Ev 2
Telefon : +994513146060
Telefon 2: +994553343903
Telefon 3: +994773146060
Redaktor : Elnur Selimov

Müəllif hüquqları qorunur. Fedai.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.