05 Fev 03:18GÜNDƏM / POEZİYA

Payıma düşən nə varsa yazıram...

Payıma düşən nə varsa yazıram...























Dəniz Təbrizli

***
Payıma düşən nə varsa yazıram;
Son gedişim
- Son sağollaşmağım görkəmli olacaq,
Bir sən olacaqsan
Bir mən
Bir də sevgimiz,
O gün kölgələri qovacağam....
Və dodağımda adın külə dönmüş həsrətləri alovlandıracaq,
Sən yazacaqsan məni
Kağızları bürkələməmişdən,
Və mən;
Gözyaşlarında huzur tapacağam...
????

***
Payıma düşən nə varsa yazıram...






















Gecədir;
Yenə hüzünü üstümə çəkib yatıram,
Həsrət qucaqlayır varlığımı...
Və sən qonursan kipriklərimə,
aparırsan məni xəyalların şəhərinə,
Yenə yoxluğun narkoz kimi zəhərləndirir qanımı,
mən sağalacağam səhər olduğunda
Və yenə sən;
məndən tez yazacaqsan:
Günaydın canım...
Ah bu sadə şair
Nağıl diyən qadına yenə inaır,
Bəlkə yuxular yalançıdır
Bilmirəm
Bəlkə də nağıldaki şahzadə,,
Qaranlıqdan qorxan kiçik bir qız varidi çoxdan;
Yorqanın altında gizlənən
Bəlkədə o bilirdi:
Günəş heç çıxmayacaq
Səhər heç olmayacaq...

***
Payıma düşən nə varsa yazıram...
Uşaq olsaydım bir daha
Qayıtmazdım bu günlərə...
Heç kəsə bağlanmazdım
Sevgiyə alışmazdım,
Aynalar dostum olardı,
Beş daşlar sırdaşım...
.
.
Uşaq olsaydım bir daha
Nə doğruya,
Nə də yalana...
Heç birinə inanmazdım
Məni ağladan sözlərə
Kökündən aldanmazdım...
.
.
Uşaq olsaydım bir daha
Yıxılmazdım heç zaman.
Çünkü nə namərdin
Nə də mərdin
Əlinə tutunmazdım...

***
Payıma düşən nə varsa yazıram...

















Səndən sonra,
bahar bir daha gəlmədi,
Qaranlıq izimi sürdü buzlu dağlarda,
Bütünlüyüm içimə çökdü,
Nə doğaya inandım,
nə də doğa ötəsinə...
İnanclarım yalan oldu,
Bir tək özümə inandım
bir də yalqızlığıma,
Sovurdum mənliyimi
günəşsiz dünyalara,
İçimdəki o qadın öldü,
Mən böyüdüm daha
qocaman qız oldum.

Payıma düşən nə varsa yazıram...
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ