06 Fev 10:52GÜNDƏM / VETERAN

AVMVİB SƏDRİ ERKƏN SEÇKİ QƏRARINA MÜNASİBƏT BİLDİRDİ

AVMVİB SƏDRİ ERKƏN SEÇKİ QƏRARINA MÜNASİBƏT BİLDİRDİ

















Fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. Sərəncamın tam mətnində deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:

1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.
2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin".
Bu sərəncam geniş müzakirələrə səbəb olub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Qurultayında çıxışında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Ə. Həsənov qeyd edib: "Bildiyiniz kimi, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu seçkilər həmkarlar ittifaqları qarşısında vəzifələr qoyur. Həmkarlar ittifaqları həmişə prezident seçkilərində dövlət başçısı İlham Əliyevi dəstəkləyib və inanırıq ki, bu dəfə də öz sözlərini deyəcəklər. Sizi növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə çağırıram".
Sərəncamla bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev bizimlə söhbətdə təşkilatın mövqeyini açıqladı: "Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin. Bu məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadənin söylədiyi: "Azərbaycan Parlamentinin və Silahlı Qüvvələrinin yaranmasının, həm də Azərbaycan dövlət bayrağının qəbul edilməsinin 100 illiyidir. Bu baxımdan Azərbaycan cəmiyyəti bu il həm seçki keçirməli, həm də bu yubileyləri yüksək səviyyədə keçirməklə müstəqilliyə layiq olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin şanlı səhifə olduğunu göstərməlidir" -dediyi ikirləri dəstəkləyirəm. Həmçinin, Rusiyada prezident seçkiləri martın 18-də, Ermənistanda isə aprelin 9-da keçiriləcək. Azərbaycanda prezident seçkilərin 6-7 aydan sonra keçirilməsi onlara zəmin yaradacaq. Onlar bu müddət ərzində çalışacaqlar ki, Azərbaycanda bəzi qurupları aktivləşdirsinlər. Düşünürəm ki, cənab prezidentimiz bu neqativ halların qarşısını almaqdan ötrü bu addımı atdı. Növbdənkənar prezident seçkiləri aprel ayına salındı. Bu baxımdan seçkilərin önə çəkilməsi məqsədəuyğundur. Biz çoxminlik üzvə malik ən böyük ictimai birlik kimi prezident seçkilərində İ. Əliyevi dəstəkləmişik. Yenə də Ali Baş Komandanın yanındayıq və bu seçkidə də qalib gələcəyinə inanırıq. Ölkədə yaradılmış sabitlik və ölkəmizin iqtisadi inkişafında əldə edilmiş inkişafda möhtərəm prezident İ. Əliyevin xidmətləri danılmazdır. Biz davamlı inkişafın tərəfdarıyıq. Qarabağın azad edilməsi üçün də ən sərt mövqe müəllifi, məhz İ. Əliyev olduğunu dəfələrlə bəyan etmişik. Ali Baş Komandan bu mövqeyini Aprel döyüşlərində ortaya qoydu. İnanırıq ki, məhz 2018-ci il Qarabağın azad edilməsi ili olacaq və bu qələbənin altında da İ. Əliyev Ali Baş Komandan kimi öz imzasını atacaq. İndidən xalqımıza xeyirli və uğurlu olmasını arzulayırıq".

E. Səlim
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ