07 Fev 13:18GÜNDƏM / POEZİYA

KOLANI

KOLANI

GÜLQARDAŞ ZÜLFİQAR

Axtarma hardadı, hansı yandadı,
Şamaxı, Qarabağ, Naxçıvandadı,
Bir ucu Təbrizdə, Xorasandadı,
Dünyada milyondu, yüzdü, Kolanı.

Sevməz satqınlığı, sevməz yalanı,
Belə oba hanı, belə el hanı?
Namusdan, qeyrətdən yoğrulub qanı,
Əhdinə, andına düzdü, Kolanı.

Harda məskun olsa, gül-gülzarı var,
Şeiri, sənəti, sənətkarı var,
Onun öyünməyə ixtiyarı var,
Tarixən söhbətdi, sözdü, Kolanı.

Sorağı hey gələr, Arandan, dağdan,
Kökü pöhrələnib büllur bulaqdan,
Mərdliyi, səxası çıxıb sınaqdan,
Zülfüqar tərifin yazdı, Kolanı!

KOLANI

KOLANI

KOLANI

KOLANI
Bütün Kolanı elinə salam olsun!

Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ