TÜRKİYƏ ABŞ-ı TƏHDİD ETDİ: "ƏGƏR MENBİÇDƏN ÇIXMASAZ..." » Fedai.az


0

TÜRKİYƏ ABŞ-ı TƏHDİD ETDİ: "ƏGƏR MENBİÇDƏN ÇIXMASAZ..."

Görünüm: 243
TÜRKİYƏ ABŞ-ı TƏHDİD ETDİ: "ƏGƏR MENBİÇDƏN ÇIXMASAZ..."

Hurriyyet.org xəbər verir ki, Türkiyə hökumətinin mətbuat katibi və baş nazirin müavini Bəkir Bozdağ, mümkün Menbiç əməliyyatı barəsində ABŞ-a xəbərdarlıq edərək deyib: “Menbiç terrorçulardan təmizlənməsə, oraya daxil olacağıq və terrorçulardan təmizləyəcəyik. Türkiyə dövləti sərhədimizin kənarında terror dövlətinin, terror ordusunun yaradılmasına əsla izn verməz, verə bilməz. Çünki, bu Türkiyə üçün mövcudiyyət məsələsidir. Sabitlik məsələsidir. Hər kəsin bu terror təşkilatları ilə mübarizə məsələsində Türkiyəni başa düşməsi və Türkiyənin təhlükəsizlik qayğılarını diqqətində saxlaması lazımdır. Heç kim bu məsələdə bizi fikrimizdən döndərməyə tutmağa çalışmasın”.

Türkiyənin “Milliyet” qəzetinə müsahibə verən B.Bozdağ deyib: “Biz başlanğıcdan bəri Amerika rəhbərliyinə bunu çox dəqiq şəkildə söylədik. PYD/YPG elə PKK deməkdir. Bunlara dəstək vermək PKK-ya dətək verməkdir. ABŞ-a “Etməyin. Bölgədə atəşin böyüməsinə kömək eləməyin. Gəlin, İŞİD-ə qarşı mübarizəni ABŞ-Türkiyə olaraq, bərabər aparaq. Bir terror təşkilatını zərərsizləşdirmək üçün başqa bir terror təşkilatından istifadə eləmək çox böyük bir fəlakətdir. Vahiməli xətadır. Dəf edilməsi çətin olan bir səhvdir. “Etməyin”, - dedik. Amma onlar bizə dedilər ki, “Biz bunlarla istəyərək əməkdaşlıq eləmirik. Bu, bizim üçün seçim deyil, zərurətdir. Sadəcə eyni hədəf üçün əməkdaşlıq edirik. İŞİD məhv ediləndən sonra bu əməkdaşlıq sona çatacaq. Silahları bir-bir tolayacağıq”. Amma, həmişə görürük ki, ABŞ Türkiyəyə verdiyi vədlərə heç vaxt əməl eləmir. Fərat çayının qərbinə keçməyəcəkdilər, keçdilər. Silahları yığacaqdılar, üstəlik, cənab Tramp “Biz daha silah verməyəcəyik”, - dedi. Bu sözün üzərindən az keçməmişdi ki, yenidən yüzlərlə tır silah verildi. Həm afrində, həm də başqa yerlərdə bu terror təşkilatı təlim və təchiz edilərək dəstəkləndi və gücləndirildi. Bu bölgəni PKK/PYD/YPG terror təşkilatından təmizləyəcəyik. “Fərat qalxanı” əməliyyatını onun üçün keçirdik. İndi çox dəqiq söyləyirik. Menbiç terrorçulardan təmizlənməsə, oradakı terrorçuları oradan çıxartmasalar, biz Menbiçə daxil olacağıq”.

Hurriyyet.org
Yanlış Bağlantı Var?

Sorun Çözümü CTRL+ENTER.
В görünen pencere , sorunu tanımlamak ve Yönetim kaynağı gönderin.

Yorum:0



YORUM EKLE

Kodu Girin:*

Hüququ

Əlaqe

E-mail : fedaiaz.fedaiqezeti.94@bk.ru
Unvan : R.Quliyev Kucesi Ev 2
Telefon : +994513146060
Telefon 2: +994553343903
Telefon 3: +994773146060
Redaktor : Elnur Selimov

Müəllif hüquqları qorunur. Fedai.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.