09 Fev 01:17GÜNDƏM / DÜNYA

Türkçülük ideyası bu Avropa ölkəsini qorxuya saldı

Türkçülük ideyası bu Avropa ölkəsini qorxuya saldı
Macar milliyyətçiliyi ideyasını müdafiə edən Jobbik Partiyasının lideri Qabor Vonanın 4 il əvvəl Türkiyədə söylədiyi “Yanlışa cəsur şəkildə qarşı çıxan və Allahdan başqa keç kimdən qorxmayan Atillanın nəvələriyik” cümləsi Macarıstanda son dövrlərin ən böyük seçki şüarına çevrilib.

Ato.Az xəbər verir ki, Macarıstanda 2018-ci ilin aprelində keçiriləcək seçkilərdən əvvəl aparılan araşdırmalar Jobbik Partiyasının ən çox səs toplayan ikinci siyasi partiya olacağını və ölkədə ana müxalifət mövqeyi qazanacağını göstərib.

Jobbik Partiyasının iqtidardakı Fidesz Partiyasının əsas rəqibi olduğu ortaya çıxandan sonra ölkədəki iqtidaryönlü mətbuat orqanları daha çox milliyyətçilərlə bağlı iddiaları işıqlandırmağa başlayıb.

İqtidar mətbuatı partiya sədri Qabor Vonanı dinini dəyişərək müsəlmanlığı seçməkdə, Macarıstanın xarici siyasətində dəyişiklik edib Qərb əvəzinə Şərqə meyillənərək Türkiyə ilə strateji müttəfiqlik yaratmağa çalışmaqda ittiham edib.

Hakim partiya rəsmiləri bir qədər də sərt çıxışlar edərək Vonanın partiyasında faşizm meyillərinin olduğunu bildirib.

ATO.AZ
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ